Vergitutmadakı mövcud prosedurların daha asan, şəffaf və əlçatan olması istiqamətində islahatlar aparılacaq
Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ölkənin aparıcı konsaltinq şirkətləri ilə görüş keçirilib. Görüş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergitutma sahəsində yaranan məsələlərin müzakirəsi məqsədi daşıyıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tədbirdə DVX-nin rəis müavini Samirə Musayeva Dünya Bankının "biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşmələrin həyata keçirilməsinə dair reallaşdırılan Yol Xəritəsi barədə məlumat verib. Konsaltinq şirkətləri üçün biznesə başlama sahəsində icrası nəzərdə tutulan tədbirlərlə bağlı təqdimat edilib.
Tədbirdə həmçinin vergitutma sahəsində mövcud prosedurların daha asan, şəffaf və əlçatan olması istiqamətində aparılacaq islahatlar barədə danışılıb. DVX-nin rəis müavini İlkin Vəliyev bu sahədə həyata keçirilmiş işlər barədə məlumat verib.
Görüşdə konsaltinq şirkətləri tərəfindən qaldırılan bir sıra məqamlar müzakirə edilib, biznes mühiti üçün əhəmiyyət kəsb edən bəzi məsələlərin görüləcək tədbirlər çərçivəsində həllini tapacağı bildirilib.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam edib, görüş iştirakçılarının sualları ətraflı cavablandırılıb.
/ marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Layihə menecmenti nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
İnstaqramda biznes qurmağın yolları