Vətəndaşın hərbi qeydiyyata alınması ilə bağlı yenilik
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.
Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3×4 sm. ölçüdə fotoşəkil.

PAŞA Bank-ın dəstəyi ilə keçirilən "AI for Good" layihəsi başa çatdı
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Hindistan vətəndaşı Azərbaycanda 50 min kapital ilə - RESTORAN AÇIB
ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Santander 2018-ci ildən bəri ilk dəfə İspaniyanın ən bahalı açıq şirkətinə çevrilib
Dövlət Xidməti zərgərlik məmulatlarını satan sahibkarlarla görüş keçirib
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?
Shopify-da necə satışa başlamaq olar?
Elon Musk kimdir?
Ən çox gəlir gətirən onlayn bizneslər