VTB (Azərbaycan) müştərilərə kredit həyat sığortası təklif edir
®Bank VTB (Azərbaycan)-ın müştəriləri artıq nağd pul krediti üçün müraciət edərkən kredit həyat sığortası əldə edə biləcəklər. Sığorta kreditin şərtlərinə və ümumi dəyərinə təsir göstərmir.
Nağd kredit bankın pərakəndə müştərilərinə 300 manatdan 50 min manatadək illik 10,49%-dən 59 ayadək təklif olunur. 2024-cü ilin ikinci rübünün sonuna VTB-nin pərakəndə kredit portfeli 89 milyon manatı ötüb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Kredit həyat sığortası müştərini gözlənilməz hallar – borcalanın vəfat etməsi və ya bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək. Eyni zamanda, həyat sığortası məhsulunu əldə edib-etməməyi müştəri özü seçir və bu, kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərmir", – deyə VTB (Azərbaycan)-ın pərakəndə biznesin inkişafı departamentinin direktoru, idarə heyətinin üzvü Yevgeni Borodin şərh edib. / banker.az

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Mcdonalds françayzinqi neçiyədir?