Vüsalə Əlizadə bir il əvvəl vəfat edən qardaşının görüntülərini paylaşdı - VİDEO
Aparıcı Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadənin vəfatından bir il ötür.
azxeber.com xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, özünün və ailəsinin hələ də qardaşının yoxluğu ilə barışa bilmədiyini qeyd edib:
"15.08.2021. Tam dibə batdığım, param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün! Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il. Biz yaxşı deyilik, amma yaxşı görünürük, hətta çox yaxşı.
Başı çəkməyənə, canı yanmayana, ürəyimizin dağından xəbəri olmayana, içi çirkabla dolana, sən demiş, qoy elə bilsinlər. Bacılarla göz-gözə gələndə qaçırırıq gözlərimizi, amma hərdən hönkürüb atırıq qəhərimizi, sən boyda acımız var ürəyimizdə, bir az gileylənirik arxanca, beş bacının qardaşı belə vəfasız olar? Anam gözləyir səni, barışmır yoxluğunla, səsli mesajlarına hər gün indi yazmısan kimi qulaq asır, budur təsəllisi, paltarlarından alır iyini bir də Rafaelindən.
Nigaran qalma, balan sənin əziyyətinin, Vətən keşiyində qoyduğun canın, zəhmətin haqqı ilə böyüyür, sənin çörəyini yeyir, gözün arxada qalmasın, hər şey var bircə sən yoxsan…
Bir ananın gözdağı balası, beş bacının can yarısı qardaşı, bir körpənin doymadığı atası, bir sevginin yarısı".
Xatırladaq ki, aparıcının qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti Əlihüseyn Əlizadə ötən ilin bu günü avtomobil qəzasında vəfat edib. DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn "Mercedes" markalı avtomobili ilə Astaradan Lənkərana gələn zaman qəzaya düşərək dünyasını dəyişib.
Əlihüseyn evli idi. Onun bir azyaşlı övladı var.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SWIFT nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
McDonalds haqqında maraqlı faktlar