"Welt": "Almaniya Ukraynaya silah tədarükünü ləngidir"
Almaniya hökuməti Ukraynaya silah tədarükünü, o cümlədən daha əvvəl vəd edilmiş "İris-T" hava hücumundan müdafiə sistemini ləngidir.
Bu barədə "Welt" yazıb.
Nəşr Ukrayna hökumətindəki mənbələrə istinadən iddia edir ki, rəsmi Kiyev iyulun əvvəlində "Diehl Defence" şirkətindən 11 ədəd "İris-T SLM" kompleksinin alınması üçün müraciət edib. Silahların tədarükü birbaşa həyata keçirilməlidir.
KİV-in məlumatına görə, bir sistem təxminən 140 milyon avroya başa gəlir, yəni müqavilə məbləği təxminən 1,5 milyard avrodur.
Almaniya İqtisadiyyat Nazirliyi ilkin müsbət cavab verib və Federal Təhlükəsizlik Şurasına müraciət göndərib. Ancaq məmurlar üç həftədir qərar qəbul etməyib.
Şura bağlı qapılar arxasında iclas keçirən doqquz nazirdən ibarətdir. Nəşr bildirir ki, Şura ya Ukraynaya silah tədarükünə razı olmayıb, ya da istəksiz şəkildə razılaşıb.
Qeyd edək ki, iyunun əvvəlində Almaniya Kansleri Olaf Şolts "İris-T" sistemini Ukraynaya verməyə söz verib. Onun sözlərinə əsasən, çatdırılma yaxın həftələrdə baş tutmalı idi. Amma KİV Ukraynanın bu sistemləri yalnız ilin sonuna doğru ala biləcəyini bildirir.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir