"WhatsApp" mesencerin bu funksiyasından imtina etdi – FOTO
"WhatsApp" mesencerinin tərtibatçıları "Electron" çərçivə bazasında hazırlanan masaüstü kompüter müştərisini dəstəkləməyi rəsmən dayandırıb.
Artıq köhnə "WhatsApp" tətbiqini "Windows" və ya "macOS"da açarkən istifadəçilərə bu versiyanı silmək və yenisini yükləmək tövsiyə edilir.
Qeyd edək ki, "Electron" bazasında "WhatsApp" 2016-cı ildə yaradılıb. Əslində, bu, "WhatsApp"ın veb-versiyasının ayrı bir proqram şəklində tətbiqidir. 2022-ci ildə şirkət zəif performans və yavaş interfeys animasiyaları da daxil olmaqla "Electron"un bütün çatışmazlıqlarını aradan qaldıran sıfırdan hazırlanmış bir proqram buraxdı. Hazırda şirkət onu inkişaf etdirmək istəyir.
Bununla belə, bəzi istifadəçilər "WhatsApp Electron"a dəstəyin dayandırılmasından narazı qalıblar. Belə ki, tətbiqin müasir versiyası istifadəçilərə köhnə mesencerdə mövcud olan biznes funksiyalarını təqdim etmir. Çatışmayan xüsusiyyətlərə biznes-akkauntun sürətli cavabları, mağaza kataloqunun idarə edilməsi və s. daxildir.
Kompüterdə "WhatsApp"a girişi itirmiş istifadəçilər müasir mesenceri "Microsoft Store" və ya "WhatsApp"ın saytından yükləyə bilərlər.
Bundan əvvəl "WhatsApp"ın çatlarda mesajları sancaqlamaq funksiyası barədə xəbər vermişdik.
/ banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
Evdə biznes qurmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın ən bahalı restoranları