Xalq artisti komediyaçıları tənqid etdi
Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınayır. Çoxları yeni nəsil komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir.
azxeber.com xəbər verir ki, Xalq artisti Səidə Quliyeva bu mövzuda Yenisabah.az-a danışıb.
O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib:
"Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud "YouTube" kanalını açırsan eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər.
Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər, bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar.
Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizlərdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!"
Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır: "Yaxşı aktyorlar, estafeti ötürməyə gənclər var, demirəm ki, heç yoxdur, amma onlara şərait yaradılmır. Onsuz da bu müvəqqətidir, bütün zövqsüz aktyorlar gedəcək, amma gəldi-gedər olsalar da, arada illər itib gedir. Zövqü korlanan insanlar elə bilirlər ki, elə bütün aktyorlar belədir. Belə də olmalıdır.
İnanın mənə, bu gün kinoteatrların qabağında dayanıb komediya filmindən çıxan insanlardan sorğu keçirsəniz, onlar nəyə baxdıqlarını heç özləri də bilməyəcək. Əgər onlar film haqda iki cümlə quraşdırıb deyə bilsə, mənə nə istəyirsiniz deyin. Bu insanları narahat etmirmi?".

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən varlı 10 müğənnisi
Green Card nədir və onu necə əldə etmək olar?
IMEI kod nədir?
Mcdonalds françayzinqi neçiyədir?