Xalq Bank-ın maliyyə vəziyyəti açıqlandı

Xalq Bank-ın maliyyə vəziyyəti açıqlandı2024-cü ilin III rübünün yekunlarına əsasən, ASC "Xalq" Bankının aktivlərinin həcmi stabillik göstərərək 2 milyard 942 milyon manat təşkil etmişdir.
Bankın yaydığı press-relizdə bildirilir ki, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 5.1% artaraq 1 milyard 982 milyon manat təşkil etmişdir.
Xalq Bank-ın maliyyə vəziyyəti açıqlandı2024-cü ilin III rübünün sonuna Bankın "banklar və digər maliyyə institutları istisna olmaqla" depozitlərinin həcmi 1 milyard 981 milyon manat təşkil etmişdir.
2024-cü ilin III rübünün sonuna Bankın xalis mənfəəti 54 milyon manat, cəmi kapitalı 500.4 milyon  manat təşkil etmişdir. Hesabat dövrünün sonuna Bankın faiz gəlirləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 17.3%, yəni 20.1 milyon manat daha çox olmaqla 136.5 milyon manat, qeyri-faiz gəlirləri 56.8%, yəni 11.6 milyon manat artaraq 32.1 milyon manat təşkil etmişdir.
Beləliklə, 2024-cü ilin III rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank yenidən ölkənin ən böyük özəl banklarının üçlüyündədir.
Həmçinin, ötən rüb ərzində Moody"s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnozu "stabil" olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını uğurla davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Həmçinin qeyd edək ki, Bankın fəaliyyətində göstərdiyi davamlı və dayanlıqlı inkişaf və səhmdar kapitalının səmərəli istifadəsinin nəticəsi olaraq, Bankın maliyyə imkanlarının genişləndirilməsi məqsədilə Səhmdarların Ümumi yığıncağında bölüşdürülməmiş mənfəət hesabına Bankın nizamnamə kapitalının 415 milyon manata çatdırılması barədə qərar qəbul edilmişdir.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bank-ın maliyyə vəziyyəti açıqlandıXalq Bank-ın maliyyə vəziyyəti açıqlandıXalq Bank-ın maliyyə vəziyyəti açıqlandıXalq Bank-ın maliyyə vəziyyəti açıqlandı/ marja.az

Banklar     Tarix: 14 oktyabr 2024

Oxşar xəbərlər

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ

Mərkəzi Bankın bu il iyunun 25-də təsdiqlədiyi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklər

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı


iqtisadi xeberler leobank kart biznes ideyalari pul qazanmaq bitkoin qiymeti