XalqOnline tətbiqi daha əlçatan oldu

XalqOnline tətbiqi daha əlçatan oldu®Xalq Bank müştərilərə rahat və innovativ bankçılıq təcrübəsi təqdim edən XalqOnline mobil tətbiqini daha da əlçatan etdi. Tətbiqin yeni versiyası bankın müştərisi olmayan şəxslərə də mobil nömrə ilə qeydiyyatdan keçmək imkanı verir.
Bankın Rəqəmsal bankçılıq idarəsinin rəisi Toğrul Vəlibəyov: "Əsas hədəfimiz, müştərilərimizin gündəlik bankçılıq ehtiyaclarını ən sürətli və rahat şəkildə təmin etməkdir. Mobil tətbiqimiz, istifadəçilərə bank hesablarını izləmək və idarə etmək imkanı təqdim etməklə yanaşı, maliyyə əməliyyatlarını daha müasir və təhlükəsiz şəkildə həyata keçirmələrini təmin edir".
İstifadəçilər XalqOnline-da kommunal, mobil, parkinq, kredit və digər ödənişlər, ƏDV geri al xidməti, ölkədaxili və xarici köçürmələr, valyuta alqı-satqısı əməliyyatlarını icra edə bilərlər. Rahat ödənişlər üçün şablon və dövri ödənişlər yaratmaq funksionallığı mövcuddur. Tətbiqdə onlayn hesab açmaq, kredit, kart və müxtəlif sığorta məhsullarının sifarişini həyata keçirmək mümkündür. Qeyd edək ki, əvvəlki dövrdə yalnız Xalq Bank müştəriləri tətbiqin bu imkanlarından yararlana bilərdilər, indi isə hər kəs XalqOnline tətbiqini İOS və ya Android platformalarından yükləməklə məsafədən məhsul sifariş edə və bankın müştərisinə çevrilə bilər.
Xalq Bank kart sahibləri tətbiqin imkanlarından yararlanaraq balansa nəzarət, əməliyyatların qrafik dinamikasını izləmək, hesabdan çıxarış əldə etmək, gündəlik limitlər təyin etmək kimi imkanlara malikdirlər. Tətbiqdə XalqKart kartı ilə qazanılmış bonus və keşbek məbləğlərinə nəzarət etmək, tərəfdaş şəbəkəsində keşbek təklifləri ilə tanış olmaq mümkündür.
Həmçinin XalqOnline istifadəçiləri QR kod vasitəsilə bir-birinə rahatlıqla pul göndərmək və ya qəbul etmək imkanından yararlana bilərlər. Bunun üçün müştəri tətbiqdə ödəniş qəbulu üçün QR kod yaradır və qarşı tərəfə göndərir, yaxud ona göndərilmiş QR kodu tətbiqdə oxudaraq vəsaiti hesabına yönləndirə bilir. 
Əlavə olaraq, fiziki şəxslər tətbiqdə gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün "SİMA İmza"dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə ölkədaxili və ölkəxarici pul köçürmələri, konvertasiya əməliyyatlarını icra etmək, debet kart sifarişi və hesab açılması üçün banka müraciət edə bilərlər.
XalqOnline sistemi ən son şifrələmə texnologiyaları ilə istifadəçilərin məlumatlarını qoruyur. Tətbiqi yükləmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: / banker.az

Banklar     Tarix: 18 mart 2025

Oxşar xəbərlər

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy


iqtisadi xeberler kicik biznes investisiya internetden pul qazanmaq avtomobil xeberleri