Xarici media nümayəndələrinin akkreditasiyası qaydaları TƏSDİQLƏNDİ

Xarici media nümayəndələrinin akkreditasiyası qaydaları TƏSDİQLƏNDİ"Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları" təsdiqlənib.
KONKRET.az xəbər verir ki, qaydalar Xarici İşlər Nazirliyinin Kollegiyasının 1 avqust tarixli Q/04-22 nömrəli Qərarı ilə təsdiq olunub
Sənəddə qeyd edilib ki, xarici media nümayəndələrinin akkreditasiyası "Media haqqında" Qanun, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir.
"Media haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası Xarici İşlər Nazirliyi (bundan sonra – XİN) tərəfindən həyata keçirilir.
Media Reyestrinə daxil edilmiş media nümayəndələrinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin media nümayəndələrinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətlərə baxılması
Xarici media nümayəndələrinin akkreditasiyası üçün aşağıdakı sənədlər tələb olunur:
1. xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu;
2. xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi (Əlavə);
3. iki ədəd 3×4 sm ölçüdə rəngli fotoşəkil;
4. xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti;
5. xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti;
6. tərcümeyi-hal.
Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər.
Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir.
Akkreditasiya kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist və ya operator fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə baxılmanın nəticəsinə dair məlumat XİN, yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları tərəfindən müraciət edən tərəfə bildirilir.
Xarici media nümayəndələrinin akkreditasiyası peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 (bir) ildən artıq olmayan müddətə olur. Akkreditasiya uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli akkreditasiya 1 (bir) illik, qısamüddətli akkreditasiya isə konkret səfər müddətinə olur.
Xarici media nümayəndələri akkreditasiya müddəti bitəndən sonra akkreditasiya müddətinin uzadılması və ya yenidən akkreditasiya üçün XİN-ə müraciət edə bilərlər.
Xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:
1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;
2. saxta və ya yanlış məlumat təqdim edildikdə;
3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;
4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.
Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz.
Xarici media nümayəndələri akkreditasiya kartını itirdikdə dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verməlidirlər. Akkreditasiya kartının dublikatının verilməsi barədə müraciətə 3 (üç) iş günü ərzində baxılır. Akkreditasiya kartının dublikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
1. xarici media nümayəndəsinin akkreditasiya kartını itirdiyinə dair ərizəsi;
2. iki ədəd 3×4 sm ölçüdə rəngli fotoşəkil.
3. Xarici media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi
3.1. Akkreditasiya olunmuş xarici media nümayəndələri tərəfindən akkreditasiya qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda XİN tərəfindən xarici media nümayəndələrinin akkreditasiyası ləğv edilir.
3.2. Xarici media nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditasiya kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditasiya ləğv edildikdə akkreditasiya kartı XİN-ə təhvil verilir.
3.3. Əcnəbi və ya vətəndaşlığı olmayan xarici media nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

Xəbərlər     Tarix: 13 avqust 2022

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler dollar məzənnəsi iqtisadiyyat xeberleri dollar kursu pul qazanmaq