Xızıda iki nəfər polisə müqavimət göstərdi
Xızıda sürücü və dostu polislərə müqavimət göstərib.
KONKRET.az xəbər verir ki, avqustun 10-u saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən tarixdə Xızı-Giləzi avtomobil yolunda hərəkətdə olan "VAZ-21093" markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı Dövlət Yol Polisi bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları