"Yapı Kredi Bank Azərbaycan" 2022-ci ili mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" QSC 2022-ci  il üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ili uğurla bitirən Bankın xalis mənfəəti 1 milyon 153 min manat təşkil edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilib ki. ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 18% artaraq 26.2 milyon manat, qeyri-faiz gəlirləri 31.3% artaraq 18.9 milyon manat təşkil edib. Ümumilikdə isə, Bank 2022-ci ili 24.1 milyon manat xalis faiz gəliri ilə başa vurub.
Maliyyə nəticələrinə əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə bankın aktivlərinin həcmində 22.1% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 481.9 milyon manat təşkil edib.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 35.5% artmış və 236.9 milyon manat olmuşdur, biznes kreditləri 44.3% artaraq 169.2 milyon manat, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 12.8% artaraq 45.3 milyon manat olmuşdur.
Sahibkarlara və fiziki şəxslərə yüksək xidmət və xüsusi yanaşma banka olan inamı daha da artırmışdır və bankın depozit portfeli ötən il ilə müqayisədə 27.6% artaraq 363.9 milyon manat təşkil etmişdir. Fiziki şəxslər üçün bu rəqəm 17.9% artaraq 80.8 milyon manat, hüquqi şəxslər üçün 30.7% artaraq 283,1 milyon manat təşkil edib.
2022-ci ilin göstəricilərinə əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC  Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 26.6%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28.1% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 75.1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən "Yapı Kredi Bank  Azərbaycan"  ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq,  ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimizə çevrilmişdir.  Həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
/ marja.az

Banklar     Tarix: 23 yanvar 2023

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü


iqtisadi xeberler emlak xeberleri birbank valyuta xeberleri bitcoin qiymeti