Yelo App Markswebb agentliyinin reytinqində yüksək yer tutub

Yelo App Markswebb agentliyinin reytinqində yüksək yer tutub®Beynəlxalq tədqiqat və konsaltinq agentliyi Markswebb 2024-cü il üzrə Azərbaycan mobil bank tətbiqlərinin reytinqini açıqlayıb. 10 bank tətbiqi arasında 750-dən çox meyar üzrə aparılan araşdırmada Yelo App ən yüksək reytinq xalı yığan ikinci mobil tətbiqdir. Agentliyin təşkil etdiyi onlayn görüşdə Yelo App-in mövcud bir çox funksiyaları qlobal bank tətbiqləri ilə müqayisə edilərək örnək kimi göstərilib. Aparılan dəyərləndirmədə Yelo App-in əməliyyat növləri üzrə xərc və gəlirlərə nəzarət rahatlığı, müştərilərə mürəkkəb maliyyə əməliyyatlarının icrasını sürətləndirməsi və digər üstün tərəfləri xüsusilə vurğulanır. 
Qeyd edək ki, Markswebb rəqəmsal xidmət və məhsulların qiymətləndirilməsi və təhlili üzrə ixtisaslaşmış nüfuzlu agentlikdir, dünya miqyasında agentliyin tədqiqatları yüksək dəqiqliyinə görə qiymətləndirilir. Bundan qabaq Yelo App 2022-ci ildə Agentliyin Azərbaycan mobil bank tətbiqləri arasında keçirdiyi eyni araşdırmasında ən yüksək reytinq xalı yığaraq ən rahat mobil tətbiq seçilmişdi. 
Hazırda Yelo App 1 milyondan çox yüklənmə sayı ilə ölkəmizin ən çox istifadə olunan 4-cü mobil bank tətbiqidir. Tətbiq vasitəsilə həm fərdi, həm də biznes hesabını eyni zamanda idarə etmək mümkündür. Tətbiqdə qeyri-bank müştəriləri filiala gəlmədən tam onlayn qaydada kart və kredit əldə edə bilirlər. Çoxsaylı ödəniş imkanları, ƏDV geri al, səfirliyə arayış, ölkədaxili və xaricə pul köçürmə rahatlığı və bir sıra üstünlükləri ilə Yelo App müştərilərin bank təcrübələrini yeniləyir. Onların dəyişən ehtiyaclarına görə Yelo Bank öz rəqəmsal xidmətlərini təkmilləşdirməyə və genişləndirməyə davam edəcək.
Yelo App yükləmək üçün:
Bank xidmətləri () ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 10 iyul 2024

Oxşar xəbərlər

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy


iqtisadi xeberler bank faizleri dollar manat kursu birbank biznes ideyalari