Yelo Bank ölkəmizin yaşıllaşdırılmasına öz töhfəsini verdi
®Yelo Bank, korporativ sosial məsuliyyət çərçivəsində ekoloji mühitin yaxşılaşdırılmasına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir. Bank bu dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan ağacəkmə kampaniyasına qoşulub.
Bankın rəhbərliyi və əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Tədbir çərçivəsində maliyyə sektorunun nümayəndələri ilə birlikdə 1 hektar ərazidə 625 Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Memorandumun əsas məqsədi 10 il ərzində ölkə üzrə ümumilikdə 1 milyon ağacın əkilməsinə nail olmaqdır.
Yelo Bank bu istiqamətdə həyata keçirilən layihələrdə fəal iştirak etməyə davam edəcək.
Bank xidmətləri, o cümlədən tez kredit əldə etmək haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!




/ banker.az

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Cash Back nədir?
McDonalds haqqında maraqlı faktlar
Biznes plan necə yazılır?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Shopify-da necə satışa başlamaq olar?