Yelo Bank WEPs mükafatına layiq görülüb
®Yelo Bank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini (WEPs) imzalayan şirkətlər üçün təşkil etdiyi "WEPs Lessons Learnt" vökşopunda iştirak edib. Vökşopda WEPs prinsiplərinin şirkət daxilində tətbiqinin faydaları və şirkətlərin üzləşdiyi çağırışların müzakirəsi edilib. Ardınca UNDP Bakı ofisi "WEPs Awards" – mükafatlandırma mərasimində Yelo Bank-ı "Cəmiyyətin cəlb olunmasını artıran və gender bərabərliyini dəstəkləyən korporativ lider" nominasiyasında mükafatlandırılıb.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır, həmçinin korporativləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir. Bu prinsiplərin imzaçısı kimi Yelo Bank şirkət daxilində gender bərabərliyini təşviq edir, qadınların təhsil və peşəkar inkişafı üçün bir sıra layihələri dəstəkləyir.
Mikro kredit əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
SMM nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası