Yens Stoltenberq: "Serbiyanın üzv olmamaq qərarına hörmətlə yanaşırıq"
"NATO və Serbiya yaxın və uzunmüddətli tərəfdaşlardır, bizim tərəfdaşlığımız Serbiyanın elan etdiyi hərbi neytrallıq siyasətinə tam hörmətlə yanaşaraq, siyasi dialoq və praktiki əməkdaşlığa əsaslanır".
Bunu NATO Baş katibi Yens Stoltenberq Serbiyanın "Kurir" nəşrinə müsahibəsində deyib.
Baş katib bildirib ki, NATO və Serbiya arasında siyasi dialoq müxtəlif platformalarda və səviyyələrdə baş tutur.
"Praktiki əməkdaşlığımız bir neçə sahəni əhatə edir və Serbiyanın konkret ehtiyaclarına və maraqlarına ən uyğun şəkildə qurulub.
Məsələn, sel və meşə yanğınları kimi fövqəladə hallara daha hazırlıqlı olmaq üçün birlikdə çalışmışıq. Biz Serbiyaya təhlükəsizlik qüvvələri və institutlarının islahatında kömək edirik. NATO serb əsgərlərini sülhməramlı missiyalar üçün hazırlayır. Bundan əlavə, biz Serbiyaya yüzlərlə ton köhnəlmiş sursatın məhv edilməsinə kömək etmək üçün milyonlarla avro sərmayə qoymuşuq", – Stoltenberq bildirib.
Baş katib Serbiya ilə NATO arasında elmi sahədə uzunmüddətli əməkdaşlığın olduğunu da vurğulayıb.
"Biz Serbiya ilə sıx tərəfdaşlığı yüksək qiymətləndiririk. Avstriya və İsveçrə kimi tərəfdaşlarla üzv olmadan güclü əlaqələr qurduğumuz kimi Serbiya ilə də belə əlaqələr qura bilərik. Biz digər ölkələrin NATO-ya üzv olmaq qərarlarına hörmət etdiyimiz kimi, onların NATO-ya üzv olmamaq qərarına da tam hörmətlə yanaşırıq", – Yens Stoltenberq vurğulayıb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
İlon Mask kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?