Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir

Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilirDövlət Vergi Xidmətinin məlumatı:
Məlum olduğu kimi, son 2 ildə Dünya Bankı Qrupunun "Business Ready hesabatının "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin təsdiq etdiyi 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində biznesin qeydiyyatının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, yeni təşəbbüslər irəli sürülüb. 
Yol Xəritəsində kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində  qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi ilə bağlı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulurdu. 
Ötən müddət ərzində biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə "Biznesə daxilolma" işçi qrupunun təşəbbüsü ilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb. Həmin qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib və ölkə başçısı tərəfindən 8 iyul 2024-cü il tarixdə təsdiqlənib.  
Qeyd edilməlidir ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə daxilolma" işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. 
Beləliklə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir. Belə ki, xarici  investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsinin məlumatlarının elektron ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra həmin məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ötürülməsi həyata keçiriləcək. 
Dəyişikliyə əsasən, həmçinin, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsinə dair tələb aradan qaldırılıb.
Dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə digər dəyişikliyə əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin də istifadə etməsi mümkündür. Bu məqsədlə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq, elektron apostil verilmiş xarici mənşəli sənədlərin müvafiq proqram vasitəsilə yoxlanılmaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və sorğu əsasında Dövlət Vergi Xidmətinin informasiya sisteminə inteqrasiya edilməsi həyata keçiriləcək. Müvafiq dəyişikliklərə qədər məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı prosesində təsisçi qismində yalnız yerli investisiyalı hüquqi şəxslərin iştirakı mümkün idi. 
Xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə edilmiş bu dəyişikliklər nəticəsində Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyatda daha geniş təmsil olunmasına, xarici investisiyaların ölkəyə gəlişinə və iqtisadiyyatın inkişafına daha böyük imkanlar yaradacaq.
Yol Xəritəsinin digər bir bəndində nəzərdə tutulmuş tədbirin icrası məqsədilə Qanuna edilmiş dəyişikliyə əsasən, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqlarının məhdudlaşdırılmasına dair müddəalar əlavə olunub. Qeyd edək ki, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların siyahısı BMT-nin və Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilib. 
Qanuna edilmiş dəyişikliyə əsasən kommersiya qurumlarının adlarına dair tələblər müəyyən edilmiş və bununla bağlı Qanunda qeydiyyatdan imtina əsasları nəzərdə tutulur.  / marja.az

Maliyyə     Tarix: 08 iyul 2024

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler biznes xeberleri emlak xeberleri biznes qurmaq valyuta mezennesi