Yüksək Texnologiyalar Parkı daha bir rezidentini siyahıdan çıxarıb
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidentləri siyahısından daha bir şirkət çıxarılıb.
Banker.az xəbər verir ki, indiyə qədər YTP-nın siyahısında yer alan "Elm və Texnologiyalar Parkı" MMC siyahıdan çıxarılıb.
Xatırladaq ki, "Elm və Texnologiyalar Parkı" MMC AMEA tərəfindən 2016-cı ildə yaradılıb, 50 manat nizamnamə kapitalı var. MMC-nin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsindən ibarətdir.
Bununla da, şirkətin rezidentlərin sayı 11-ə düşüb.
Hazırda siyahı belədir:
"AMEA Təcrübə-Sənaye Zavodu" MMC
"INKOR" MMC
"Aşqar" Elmi İstehsalat Birliyi
"Bakı Polimer İstehsalat" MMC
"AZCOSMETİCS GROUP" MMC
"TAK NOOSH GROUP" MMC
"PROLINE CHEMICALS" MMC
"AZOIL INDUSTRY" MMC
"Smart Security Solutions" MMC
"EAST NANO TECHNOLOGIES" MMC
"NANO PRO" MMC
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad