Zaur Qədirov Caspian Energy Czechia-nın sədri vəzifəsinə - TƏYİN OLUNUB

Zaur Qədirov Caspian Energy Czechia-nın sədri vəzifəsinə - TƏYİN OLUNUBBu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Natiq Məmmədov Caspian Energy Georgia-nın sədri vəzifəsinə - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, Telman Əliyevin sözlərinə görə, Zaur Qədirov Çexiya Respublikasının ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəcək və eyni zamanda Klubun layihələrini idarə edəcək. Klubun planlaşdırdığı regional tədbirlər arasında beynəlxalq Caspian Energy Forum Czechia, Caspian Energy Award Czechia, Brand Award Czechia tədbirləri, o cümlədən Çexiyanın bütün regionlarında B2G və B2B forumları, CEO Breakfast və CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlərin təşkili var.
Zaur Qədirov Caspian Energy Club-un rəhbərliyinə Caspian Energy Czechia ofisinin formalaşdırılması istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib. Z. Qədirovun sözlərinə görə Çexiyanın müxtəlif regionlarında yeni üzvləri cəlb edəcək komandanın formalaşdırılması istiqamətində işlərə artıq başlanılıb. Zaur Qədirov həmçinin yanvarın 31-də keçiriləcək CEO Lunch tədbirinə hazırlıq barədə məlumat verib. "Tədbirdə 40-a yaxın yerli şirkətin iştirakı gözlənilir. Bundan əlavə, biz bir sıra CEO Breakfast və CEO Lunch silsiləsini keçirməyə hazırlaşırıq", - deyən Zaur Qədirov 22 martda baş tutacaq Caspian Energy Forum Prague - 2023 hazırlıq istiqamətində də genişmiqyaslı işlərin aparıldığını qeyd edib. Caspian Energy Forum Prague - 2023-ün əsas mövzuları Çexiyanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, sənaye, daşınmaz əmlak, kənd təsərrüfatı sənayesi və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.
"Mənim üçün bu çox məsuliyyətli, eyni zamanda, şərəfli işdir", - deyən Z.Qədirov Azərbaycan və Çexiya sahibkarları arasında netvorkingin genişləndirilməsi, ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
O, həmçinin həm Çexiyada fəaliyyət göstərmək niyyətində olan sahibkarlara, həm də Azərbaycan və Klubun nümayəndəliklərinin olduğu digər ölkələrin bazarına çıxmaq istəyən çex şirkətlərinə hər cür köməklik göstərməyə hazır olduğunu qeyd edib.
BİOQRAFİK MƏLUMAT:
Zaur Qədirov 1992-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olub. 1999-cu ildə 175 saylı Həzi Aslanov adına orta məktəbdə təhsil almağa başlayıb.
2011-2014-cü illərdə Praqada Maliyyə və Menecment Universitetində Biznesin İdarə Edilməsi və Korporativ Maliyyə fakültəsində təhsil alıb. Bu universiteti bitirdikdən sonra o, Praqadakı York Universitetinə daxil olur və orada Art management üzrə magistr dərəcəsi alır.
2011-2012-ci illərdə Financial Chain Corporation-da HR administratoru vəzifəsində çalışıb.
2012-2014-cü illərdə Praqada Financial Chain Corporation sahə meneceri vəzifəsində çalışıb.
2014-cü ildən Praqada Financial Chain Corporation idarəedən partnyor kimi çalışır.
KLUB HAQQINDA MƏLUMAT:
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Business-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler en son xeberler dollar məzənnəsi investisiya online pul qazanmaq