"Zəif-"dən "Zəif" səviyyəsinə yüksəldi - Azərbaycanın bank sektoruna yenidən qiymət verildi

"Moodys" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin makroprofilini "Zəif-"dən "Zəif" səviyyəsinə yüksəldib.
Agentlik qeyd edib ki, bu da ölkənin iqtisadi dayanıqlığının yaxşılaşması fonunda Azərbaycan bankları üçün əməliyyat mühitinin möhkəmlənməsi və bankların ödəmə qabiliyyətinin və likvidliyinin sabit yüksək göstəriciləri ilə bağlıdır.
Həmçinin Azərbaycan hökumətinin uzunmüddətli "Ba1" emitent reytinqi üzrə proqnozu "sabit"dən "müsbət"ə dəyişdirilib.
"Bank sisteminin yüksəldilmiş makroprofili ölkənin iqtisadi gücündəki irəliləyişləri əks etdirir. Nəticə etibarilə, Azərbaycanda banklar üçün daha əlverişli kredit şərtlərini qiymətləndirməyimiz bu bankların öz maliyyə dayanıqlığına (və ya BCA) təzyiqin artmasına səbəb olub. Reytinq fəaliyyətləri hökumətin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davam etdirdiyi səylər nəticəsində bankların öz bizneslərinin böyük hissəsini idarə etdiyi ölkənin qeyri-neft iqtisadiyyatının daha da genişlənəcəyinə dair fikirlərimizi əks etdirir", - "Moodys" qeyd edib.
Reytinq agentliyi bildirib ki, Azərbaycan digər neft hasilatçıları ilə müqayisədə iqtisadi şaxələndirmədə güclü təkan nümayiş etdirərək, 2017-ci ildən bəri daha yüksək məcmu real qeyri-neft ümumi daxili məhsul (ÜDM) artımını qeydə alıb ki, bu da son illərdə sürətlənib: "Azərbaycan bankları yaxşılaşmış iqtisadi şəraitdən və əlverişli əməliyyat mühitindən faydalanacaq. Bu isə daha güclü biznes imkanlarına gətirib çıxaracaq, bankların davamlı gəlirliliyini və aktivlərin keyfiyyətini qoruyub saxlayacaq. Onların müstəqil kredit profillərini gücləndirəcək. Bundan əlavə, ölkədə maliyyə sektorunun tənzimlənməsinin keyfiyyətinin yüksəldilməsi bank sektorunun sabitliyinin yaxşılaşdırılmasına kömək edəcək".
"Moodys" beynəlxalq reytinq agentliyi bu gün 5 Azərbaycan bankının – "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin, "Kapital Bank" ASC-nin, "Xalq Bank" ASC-nin, "Bank Respublika" Səhmdar Kommersiya Bankının və "Bank of Baku" ASC-nin reytinqlərini yaxşılaşdırıb. / marja.az

Banklar     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes krediti bitkoin qiymeti depozit faizleri