Zelenski Avropanı 8 mlrd. avroluq yardımı "süni şəkildə gecikdirməkdə" günahlandırıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı (Aİ) Kiyevə 8 milyard avro məbləğində makromaliyyə yardımını süni şəkildə gecikdirir. Dövlət başçısının sözlərinə görə, Avropanın ləngliyi ya cinayətdir, ya da səhvdir və "genişmiqyaslı müharibə şəraitində hansının daha pis olduğunu söyləmək çətindir". Zelenski Aİ-ni ukraynalıları bürokratiyanın və ya bəzi Avropa liderlərinin qərarsızlığının girovuna çevirməməyə çağırıb.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Ölkə lideri maliyyə yardımının ödənilməsini hansı ölkənin gecikdirdiyini dəqiqləşdirməyib. Zelenski bunun düzəldiləcək bir səhv olduğuna inandığını söyləyib.
2022-ci ilin mayında Avropa Komissiyası Kiyevə makromaliyyə dəstəyi olaraq 9 milyard avroya qədər vəsait göndərməyi təklif edib. İyul ayında İtaliyanın "Corriere della Sera" qəzeti Almaniyanın Ukraynaya çox milyard dollarlıq yardım paketinin qarşısını aldığını yazıb. Ölkənin Maliyyə Nazirliyi AK-nin koronavirus pandemiyası zamanı olduğu kimi Avropanın ümumi borcundan pul ayırmaq niyyətini təsdiqləməyib.
Nəticədə, Aİ icmanın iqtisadiyyatındakı ciddi problemlər səbəbindən yardım paketini 1 milyard avroya endirmək qərarına gəlib. Ukrayna hər şeydə Almaniyanı günahlandırıb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes plan necə yazılır?