"1 milyon manatlıq qızıl zinət əşyaları aşkar etmişik, 1,1 milyon manatlıq malları müsadirə etmişik"
2022-ci il ərzində "Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 535 484 ABŞ dolları (7300 saxta ABŞ dolları), 32 250 avro, 1 670 000 rus rublu, 11000 Azərbaycan manatı, 1 053 039 manat dəyərində 2604 ədəd qızıl zinət əşyaları, külçə və sikkələr, 18163 manat dəyərində 10,035 karat qiymətli daşlar, 7663 manat dəyərində 311 ədəd gümüş zinət əşyası aşkar olunub.
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bağırov qeyd edib ki, 2022-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 27781 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2128 hüquqi şəxs (o cümlədən 602 xarici hüquqi şəxs) və 25657 fiziki şəxs (o cümlədən 15028 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 4 milyon 393 min 266 manat cərimə tətbiq olunub, dəyəri 1 milyon 125 min 377 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları