"100 dollarlıq məhsulu 200 dollara da sata bilərsiniz, alacaqlar" -  Dropshipping necə işləyir? - MÜSAHİBƏ

Dropshippinglə məşğul olanlarım gəlirləri fərqli olur. İşin qurulmasından və sahibkarın fəallığından asılı olaraq elə ilk aylardan böyük pullar qazanmaq, və ya uzun müddət aşağı gəlirlə davam etmək ehtimalı var.
Gəlirlilik müxtəlif amillərdən asılıdır və 200-300%-dək dəyişə bilər.
Bununla bağlı FED.az-ın suallarını elektron ticarət üzrə mütəxəssis, "Shoppingo" şirkətinin qurucusu Fərid Əlizadə cavablandırır.
Müsahibənin 2-ci hissəsi (1-ci hissə buradadır) 
- Fərid bəy, bu biznesdə satacağımız məhsulu ancaq Çindən almalıyıq?
- "Amazon"da dropshippinglə məşğul olacaqsınızsa, stoklu ticarət etmək istəyirsinizsə, Hindistan, Vyetnam, Amerika və yaxud başqa ölkələrdən də ala bilərsiniz. Ancaq Azərbaycandan "Shopify"da dropshipping ediriksə, "Shopify"ın bizə təqdim etdiyi tətbiqlər bu gün bizə yalnız Çin üzərindən məhsul almağa və son istifadəçiyə göndərməyə icazə verir.
- Çindən aldığımız məhsulu ABŞ-a satarkən qiymət təyin edəndə, aldığımız məhsulun üzərinə nə qədər pul qoya bilərik?
- Ümumiyyətlə, qiymətləndirmə strategiyası biznes üçün çox ktirik bir məsələdir. Hər bir biznes bazara daxil olarkən Qiymətlənndirmə strategiyasını artıq təyin etmiş olmalıdır. Strategiya məhsulların qiymətindən asılı olaraq fərqlənir və 3 hissəyə ayrılır:
1. Aşağı dəyərli məhsullar və xidmətlər.
2. Orta dəyərli məhsullar və xidmətlər.
3. Yüksək dəyərli məhsullar və xidmətlər.
Hansı məhsulu satmağından asılı olmayaraq xərclər və gəlirləri dəqiqləşdirmək lazımdır. Xərclər isə iki hissəyə bölünür – Birbaşa xərclər və birbaşa olmayan xərclər. Birbaşa xərclər - Məsələn, bir enerji içkisini götürək, burada bir başa xərc onun butulkasıdır, butulkanın üzərində olan kağızlardır, butulkanın qapağıdır, içindəki enerji içkidir və s.
Birbaşa olmayan xərclər isə - Məsələn, İşçilərin əmək haqqı, ofis xərcləri, reklam xərcləri, komunal xərclər və s-dir.
Demək istəyirəm ki, məhsulun xərcini dəqiq təyin etmək lazımdır. Xərclərimizi bilməsək, gəlirimizi heç vaxt təyin edə bilmərik.
- Ucuz və ya bahalı məhsullara qiymət necə müəyyən edilir?
- Məsələn deyək ki, biz aşağı dəyərli məhsullar satırıq - Shopify Dropshipping-də bura təxminən 10 dollara qədər olan məhsullar aiddir. Tutaq ki hər hansısa məhsulu 3 dollara alırsınız və bundan müəyyən bir qazanc əldə etmək  istəyirsiniz. Unutmayaq ki, aşağı büccəli məhsullarda əsasən biz keyfiyyətə yox kəmiyyətə fokuslanırıq. Çünki nə qədər ucuz məhsul satırıqsa, həm də keyfiyyətsiz məhsul təklif etmiş oluruq. Biz bu məhsulun üzərinə 300%lik gəlir əlavəetsək, alıcı fikirləşəcək ki, siz onu aldadırsınız. Ona görə də biz Shopify Dropshipping etməyə yeni başlayan sahibkarlara tövsiyə edirik ki, 10 dollardan aşağı qiymətə olan məhsullara yüksək gəlir marjasi əlavə etməsinlər.
Azərbaycanda dövlət qurumu 230 min geyim alır - BÖYÜK TENDER
Biz tövsiyyə edirik ki, satış zamanı sahibkarlar məhsullarını iki hissəyə, Əsas və köməkçi məhsullara ayırsınlar. Aşağı dəyərli 3-5 dollarlıq məhsullar əsas məhsulun yanında köməkçi məhsul kimi təqdim olunarsa, gəlir əldə etmək olar.
- Bəs bahalı məhsulları satanda necə, bu zaman qiymət necə qoyulmalıdır?
- Əgər məhsulun dəyəri yüksəkdirsə, deməli, eyni zamanda həm keyfiyyəti yüksəkdir, həm də hansısa problemi həll edir. Yəni yüksək dəyərli məhsullar ilə insanlara hər hansı bir problemin həll yolunu təklif edə bilirik. Əgər problem həll ediriksə, avtomatik həmin müştəriyə dəyər qatmış oluruq. Bu zaman biz 100 dollarlıq bir məhsulu 130, 140, 150 dollara sata billərik, yanında da köməkçi məhsul təklif edərsək avtomatik gəlir marjamızı bir az daha artırmış olarıq. Bu mərhələdə alıcının əsas diqqət etdiyi məsələ qiymət olmur, təklif olunan məhsulun və ya paketin problemini həll edə bilirliyi olur. Yaradıcılığınız varsa, yaxşı təklif təqdim edisinizsə 100 dollarlıq məhsulu 200 dollara da sata bilərsiniz.
Əgər siz bazara yeni daxil olmusunuzsa, bazarda hələ müştəri inamı qazanmamısınızsa, tövsiyə edirik ki, aşırı qiymət təyin olunmasın. Yüksək dəyərli məhsullar satırsınızsa, minimum 25 dollarlıq xeyir və ya 200-300% faiz gəlir marjası ilkin mərhələ üçün kifayət edir.
- Bu biznezsdə reklam hökmən lazımdırmı?
- İki yol var, ya orqanik böyüməni seçirsiniz, ya da reklamlardan istifadə edirsiniz. Yeni başlamısınızsa, yaxud biznesinizi böyütmək, orta həcmli işlər görmək istəyirsinizsə, düşünürəm ki, reklam yaxşı olardı. Reklam vermədən də məhsulunuz maraq yarada bilər. Orqanik böyümə çox yaxşıdır.
Reklam edəcəksinizsə, reklamın özünəməxsus olması yaxşıdır. Buna görə, mağazanıza yerləşdirdiyiniz məhsulun hər birini özünüz üçün sifariş versəniz, şəkillərini, videolarını özünüz hazırlasanız, daha yaxşı olar. İstifadə etdiyiniz rəqəmsal satış platformasında bloklanmalardan, hər hansı məhdudiyyətlərdən uzaq qalma ehtimalınızı daha da azaldarsınız.
- Reklam edilmirsə, yəni müştərini təbii yolla cəlb etmək istəyiriksə, nəticə arasında nə kimi fərq olur?
- Ödənişli reklam olunmursa, biznesdə artım təbii yolla gedirsə, ayda 3000-4000 ədəd məshulun satışından danışa bilmərik. Bunun təbii yolla getməsi üçün biznesə 3-4 il zaman lazımdır. Yeni başlayandan qiymətləri normaldan daha aşağı qoymaq lazımdır. Yeni başlayanda, qiyməti 3 dəfə artıq qoyurduqsa, 2-3 il sonra üzərinə məhsulun qiymətinin 5 qatını qoya bilərik. Bu cür formada da sata bilərik. Çünki biz artıq uzun müddətdir bazarda faəliyyət göstərmiş oluruq, bizi tanıyırlar, etibarlılığımız var, yaxşı xidmət göstəririk.
- Reklam üçün uğurlu platforma hansılardır?
- Müxtəlif platformalarda reklam edə bilərsiniz. "Google" - Youtube" da ora aiddir - "Facebook", "Tiktok", "Spanchat", "Instagram" və s. Reklam platformasının hansını seçmək biznesdən, onu idarə edən adamın təbiətindən asılıdır. Bir də platformanın tutduğu onlayn mövqeydə baxmaq lazımdır. Tutaq ki, bir faydalı məhsulunuz var, məzmundan kənar nə isə əlavə etmədən paylaşım edirsiniz, "Facebook"da 500 000 nəfərə çatmaq üçün ödəməli olduğunuz məbləğ təxminən 5-6 min dollardır. Bunu edənlər var və beynəlxalq bazarda 2-3 min dollar arası satışdan gəlir əldə edirlər. Ancaq bu gün "Tiktok"da xüsusi imkan yaranıb. 500 000 insana ödənişsiz şəkildə də çata bilərsiniz. Elektron ticarətlə məşğul olan insanlar bu fürsətdən faydalanmalıdırlar.
"Facebook", "Instagram"a gəlincə, bizə müraciət edən yoldaşlar var ki bəzilərinin reklam hesabları bloklanıb. "Meta" müəyyən dərəcədə reklamlara problem yaradır. Gəlirsən müəyyən qədər məlumat toplayırsan, satışlar edirsən, sonra səni bloklayırlar. Ona görə tək bir rəqəmsal platformaya fokuslanıb ordan satış aparmağı doğru hesab etmirəm. E-ticarətə yeni başlayanlara "Google" və TikTok ən çox tövsiyə edə biləcəyim rəqəmsal satış platformaları olardı.
- Gələk dropshippiglə bağlı qazanc məsələsinə. Çox vaxt dropshippinglə bağlı böyük məbləğlər qabardılır. Bu biznesi sizin izah etdiyiniz formada, yəni bütün qaydalara əməl olunmaqla qurduqda, ayda hansı həcmdə gəlir götürmək mümkündür?
- Əgər hər şeyi qaydasında edirsə, ilk aylarından 1000-3000 dollar, hətta 6000 dollar gəlir etmək mümkündür. Əgər işlərimizə təsir edən bizdən asılı olmayan təsir edici qüvvə yoxdursa daha sonra bu gəliri milyon dollara da artırmaq olar. Təsir edici qüvvə dedikdə, investisiya injeksiyasının olmamağı, onlayn bank hesablarının bloklamaları, istifadə edilən satış platformalarının hesab bloklmaları, ölkələr arası siyasi gərginliklər və s. nəzərdə tutulur. Yəni şəxslərə və şərtlərə görə dəyişir.
- Tutaq ki, dropshippinqlə məşğul oluruq. Qazancımızın neçə faizi xərc olur, neçə faizi gəlir?
- "Shopify"da məşğul olursa, 10 min manatlıq dövriyyənin 60-65 faizi xərcləriniz olur. İnsanlara böyük pullar qazanırıq deyib cəlb etmək olmaz. Həm də xərclər işin kritik hissələrindən biridir və idarəçilərə görə xərclərin həcmi artıb azala bilir. Əgər biz dəqiq xərclərimizi bilməsək, dəqiq gəlirimizi heç vaxt təyin edə bilmərik.
- Sizin gəliriniz necə olur?
- Satışlar ilk ayımdan başlamışdı. İlk aydan 1500-2000 dollar civarında gəlir əldə etmişəm. Zamanla özümü daha da təkmilləşdirmişəm. Bu gün də təkmilləşdirməyə çalışıram. Ümumiyyətlə, bizim bugünə qədərki aylıq dövriyyələrimiz 4-5 rəqəmli gəlirlər üzərindən olub. 500 minlik satış etməmişəm.
- Daha çox qazanmaq mümkündürsə, sual yaranır ki, niyə bunu etmirsiniz?
- Tutaq ki, siz dropshippingə başlamısınız, aylıq 1000 dollar qazanırsınız. Növbəti ay üçün məqsədiniz onu 2000 dollar etməkdirsə, edə bilərsiniz. İşlə bağlı məlumatlısınız, təcrübəniz artır və gəliri də artıra bilərsiniz. 2000-i 4000, 4000-i 8000 etməyi bilirsən. Hansı formada böyüdəcəyini bilirsən.
Biz "Shopify"da biznesin mümkünlüyünü görmüşük, müəyyən gəlirlər əldə etmişik. Orda işimizi daha da böyüdə bilərik. Ancaq biz daha uzunmüddətli layihəyə fokuslanmışıq. 3 ildir ki, üzərində çalışdığımız "Shopingo MMC"ni yaratmışıq və bu il yanvarın 1-i rəsmi olaraq fəaliyyətə başlamışıq. Hədəfimiz bu şirkətlə bağlıdır. Biznes sektorunda təlim-tədris sahəsində var idik, düşünürdük ki, ən birinci başlamalı olduğumuz hissə insan yetişdirməkdir. İndi isə bu işi daha da genişləndirdik. Artıq məhsulların dünyanın istənilən yerindən Azərbaycana topdan sifarişini, məhsulların anbarlanmasını, paketləməsini, çatdırılmasını, reklam xidmətini və s. həyata keçirir. Yəni elektron ticarətə yeni başlayanlara hansı dəstək lazımdırsa, biz bir platformada onları cəmləşdirməyə çalışmışıq. "Shoppingo" Azərbaycanın ilk Stoklu Təchizat platformasıdır, "Amazon"un biznes modelini yəni arbitraj (stoklu) Təchizatı biznes modelini tətbiq və təqdim etmişik. Yeni başlamışıq, inanırıq ki, yaxşı da olacaq.
Ümumilikdə isə, son bir ay ərzində əməkdaşlarımız vasitəsilə 100 min manat civarında satış, razılaşma əldə etmişəm. Kifayət qədər yaxşı layihələrdə iştirak edirik. Biz təchizat işi görürük və "Shoppingo"nu inkişaf etdirmək əsas məqsədimizdir.
- Fərid bəy, bir müddət yaxşı gəlir əldə edən, amma sonra "hesabım bloklandı" deyənlər olur. Hesab niyə bloklanır?
- Azərbaycanda il ərzində 500 min dollar satış edənlər olduğu deyilir. Ancaq dropshippinglə milyonlar üzəri satışlar edənlər var. Bilmək lazımdır ki, böyük məbləğlərdə risklər də çoxdur. Adam var ki, 10 000 min dolları bloklanıb, götürə bilməyib. Belə hallar da olur. Bloklanma səbəbi müxtəlif ola bilir. Bəzən dropshippinglə məşğul olanlar düşünürlər ki, müştəri dünyanın o biri başındadır, məni hardan tapacaq? Göstədiyi xidmətin keyfiyyətinə o qədər də həssas yanaşmır. Əsas daha çox satmağa fokuslanır. Təbii əsas hədəflərimizdən biri satışı artırmaqdır. Ancaq sizdən davamlı müştəri şikayəti olarsa, hesabınız bloklana bilir.
- Müştəriləri aldatmaq istəyənlər çoxdur?
- Dropshippingə gələn 70-80 faiz insan qısa zamanda qazanc əldə edəcəklərini və ya aldadıb qazana biləcəklərini düşünürlər. Bu çox səhv yanaşmadır. Heç bir müştəri pulu havayı vermir. Kimisə aldatdığınız təqdirdə şikayətlər gələrsə, hesabınız avtomatik bağlana bilir. "15 günə çatdırıram" deyib, amma 30 günə çatdırırsınızsa, sizdən şikayət oluna bilir. Bu cür hallar çox olanda, məsələn "Paypal" deyir ki, sənin hesabını bağlayıram. Çünki bizim üçün etibarlı istifadəçi önəmli məsələlərdən biridir.
Hətta bir tələbəmiz var idi, heç bir səbəb olmadan da "Paypal" hesabını bloklanmışdı. Belə hallar da olur.
- Necə edək ki, müştərilərə satacağımız məhsullar keyfiyyətsiz olmasın? Çünki belə olduğu halda daha çox ziyana düşə bilərik. 
- Məhsul seçərkən müxtəlif kriteriyalara nəzər yetirməliyik. Bunlardan biri satıcıdır. Baxmalıyıq ki, satıcının reytinqi necədir? "Aliexpress" üzərindən bu "5 ulduz"luq bir sistemlə qiymətləndirilir. Mağazanın reytinqi 4,5-5 ulduz aralığındadırsa, biz həmin satıcılardan alırıq. Eyni zamanda mağazadakı məhsulların satış sayına baxırıq. Şirkət məhsuldan nə qədər satıb? Ən azı 1000 ədəd satışı olmasını tövsiyə edirik. Və satıcının bu məhsul üzrə anbarda nə qədər məhsulu olmasına baxırıq. Tutaq ki 15 ədəd biz istədiyimiz məhsuldan qalıbsa, biz onu götürmürük. Başqa satıcıdan götürürük. Çünki reklam edəcəyik, əziyyət çəkəcəyik, maliyyə xərcləyəcəyik, 15 ədəd satılacaq, sonra əldə məhsul olmayacaq. Çalışmaq lazımdır ki, satıcının anbarında ən azı 100 məhsul olsun. Məhsulun keyfiyyəti üçün rəyləri araşdırmaq lazımdır. Heç bir rəy yoxdursa, ondan istifadə etmirik. Rəy almış məhsullardan istifadə etməyə çalışırıq. Şəkilli rəylər olması çox yaxşıdır. "Shopify"ın yaratdığı bir üstünlük var. "Aliexpress"də hansısa satıcıdan məhsulu götürürəmsə, həmin satıcının məhsuluna rəylər gəlibsə, mən nəinki həmin məhsulu, hətta o məhsula gələn rəyləri də öz vebsaytıma yerləşdirə bilirəm.
- Çatdırma müddəti nə qədər olur?
- Ümumiyyətlə, dropshippinglə məşğul olduğunuz platformada müxtəlif tətbiqlər olur. Onlardan biri də çatdırma işini edən anbar şirkətinin tətbiqidir. Bu cür üçüncü tərəf şirkətlər "Aliexpress"in 40 günə çatdıracağı məhsulu sizin üçün 10 iş günü ərzində Avropa, Amerikadakı müştərimizə çatdıra bilir. Təbii ki, həmin üçüncü tərəf şirkətin də öz ödənişləri mövcuddur.
- Qaytarılma, dəyişdirilmə necə olur? Xaricdən onlayn alış-verişdə bu mövzu bizi narahat edir.
- Qaytarılma, dəyişdirilmə mümkündür, problem deyil. Əgər bizə 200-300-400 manatlıq bir sifariş gəlirsə və daha sonra alıcı tərəfindən geri qaytarma tələb olunursa, bu zaman biz ödənişi geri qaytarırıq. Təbii ki, sizə təklif edəcəyik ki, yenisini göndərək, yaxud hansısa alternativ təqdim edək. Sizə 100 dollarlıq kupon verərək, bu həcmdə nə isə mağazamızdan almağınızı təklif edirik. Məhsul qayıdanda, bizim üçün ziyan olur, ancaq buna gedirik. Əvvəldə də qeyd etdiyim kimi, biz təkcə məhsul deyil, eyni zamanda xidmət satırıq. Yaxşı xidmət satmasaq, məhsulumuz da satılmaz. Yəni xidmət və məhsul satışı zəncirvari olaraq bir-birləri ilə əlaqəlidirlər.
Belə hal olub ki, müştəri məhsulunu qaytarıb, biz ödənişini 3 gün ərzində geri göndərmişik. Bir həftə sonra bizdən 3 başqa məhsul alıb. Deyərdim ki, xüsusilə Avropa və Amerikada ticarət edərkən jestlər çox önəmlidir. Müştəriyə jest etmək lazımdır.
- Bu bizneslə məşğul olmaq üçün neçə nəfər lazımdır? Çünki başlanğıcda demək olar ki, hər kəs özü başlayır, hər şeyi özü edir. Bəs iş böyüdükcə hansı əməkdaşlar lazım olur?
- Bir nəfərin bu işlə məşğul olması iş-gücün içində batması deməkdir. İş böyüdükcə hər sahə üzrə freelance olaraq mütəxəssislərin xidmətini almaq lazımdır. Məhsulları analiz edən, e-maillərinizi cavablayan, məzmunlarınızı formalaşdıran, maliyyə işlərini görən, hüququ tərəfdən hüquqşünas və s. lazım olur. İşin həcmi böyüdükcə bunlar üçün əməkdaş cəlb etməlisiniz. Məsələlərə idarəçi gözü ilə baxmaq lazımdır və məsələlərin içində yox, üzərində durmaq lazımdır.
- Bu sahədə tədrislə məşğulsunuz. Kimlər bu biznesi öyrənmək üçün gəlirlər?
- Əgər maarifləndirməyə çalışıramsa, bunun iki səbəbi var. Həm bioloji, həm də sosioloji vəziyyət. Ailəm həkim və müəllim ailəsidir. Tədrisi ailəmdəki nümunədən görmüşəm. Ona görə tədris mənə yad deyildi. İnsanların həyatlarına hansısa dəyərləri qatmaq mənəvi ehtiyaclarımdan biri olduğu üçün bu sahə ilə maraqlanmışam.
Həvəsli şəxslərə bunu öyrətməyə çalışırıq. Bu günə qədər 40-a yaxın tələbə yetişdirmişik. Onların 90 faizini ödənişsiz qəbul etmişik. Şəhid, qazi ailələrinə təmənnasız formada xidmət göstərmişik. Müxtəlif müsabiqələr təşkil edərək həvəsli gəncləri cəlb etmişik. Bizim əsas qazanc yerimiz müxtəlif şirkətlərə göstərdiyimiz xidmətlərdir. Biz təkcə dropshippingi yox, ümumiyyətlə, təchizatı öyrədirik. Sabah hansısa çətinlik olanda, biznesinizdə zəlzələ baş verəndə, çöküş olmasın deyə çalışırıq. İşlərinizin infrastrukturunu doğru qoymağınız şərtdir.
- Bir qisim insan başlamaq istəyir, amma tərəddüdləri də çoxdur.
- Belə danışanda adama çətin gəlir. Adam deyir ki, Azərbaycanda oturum, xaricdə şirkəti necə qurum, hər şeyi onlayn formada idarə edim? İlk növbədə ona görə tərəddüdlər olur. Normal tərəddüdlərdir, amma 1-2 ay içərisində bütün prosesləri həll etmək, şirkət açmaq, mümkündür.
İdeyanız varsa, bu gün başlaya bilərsiniz. Kifayət qədər resurslar var. Əvvəllər internet bu qədər dəyərləndirməsəm də, bu gün bunun imkanlarını dəyərləndirməliyik. Riskə gəlincə, itirəcəyiniz heç nə yoxdur. Qazanacaqlarınız var.
Aygün Asimqız

Biznes     Tarix: 06 mart 2023

Oxşar xəbərlər

"Karton Etiket Məhsulları" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək

28.12.2024-cü il saat 11:00 – da "Karton Etiket Məhsulları" ASC- nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR. xəbər verir ki

"Modern Construction Group"un kapitalından 1,9 milyon manat geri götürüldü

"Modern Construction Group" Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalının 4 milyon 679 min manat məbləğdən 2 milyon 780 min manat məbləğə azaldığının elan edir. Azərbaycanda 106 minlik şirkət - LƏĞV OLUNUR. xəbə

"Modern Construction Group"un kapitalından 1.6 milyon manat geri götürüldü

"Modern Construction Group" QSC nizamnamə kapitalını azalır. "Modern Construction Group" nizamnamə kapitalını 1,6 milyon manat azaldır. xəbər verir ki, QSC nizamnamə kapitalını 3 040 00 manata azaldığın

Sahibkarlarla görüş keçirilib

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "İşğaldan azad edilmiş ərazilərdə dəstək mexanizmləri" mövzusunda onlayn görüş keçirilib. İstixana təsərrüfatını

Starbucks-ın qlobal satışları azalıb

ABŞ mərkəzli qəhvə zənciri Starbucks, maliyyə nəticələri ilə bağlı çərşənbə günü yayımladığı hesabatda ardıcıl üçüncü rübdə satışlarının azaldığını açıqlayıb. "Philips" səhmləri 17% ucuzlaşıb. xəbər verir ki, qloba

Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR

"Kristal L" Mənzil Tikinti Kooperativi ləğv olunduğunu elan edir. Azərbaycanda 60 min manat sərmayə ilə yeni şirkət yaradılıb. xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1134 Bakı şəhəri, Binəqədi rayonu

"KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" imzalanıb

Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Bizneslərin (KOB) yaşıl keçidini

"Amazon" "Temu" ilə rəqabət aparacaq yeni mağazasını təqdim etdi

Amazon bu həftə yeni bir rəqib olaraq "Amazon Haul" adlanan onlayn mağazasını təqdim etdi. xəbər verir ki, yeni platforma Shein və Temu kimi ucuz qiymət təklif edən sürətli moda markaları ilə rəqabət aparmaq məqsəd

"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək

 "Cəlilabad Məişət" ASC səhmdarlarının 2023-cü ilin yekunlarına dair növbəti ümumi yığıncaq 26 dekabr 2024-cü il tarixdə saat 10:00 da keçiriləcək. "Modern Construction Group"un kapitalından 1.6 milyo


iqtisadi xeberler online pul qazanmaq bu gunun xeberleri valyuta xeberleri iqtisadiyyat xeberleri