15 manata görə tanışını bıçaqladı - 7 il həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan şəxsin məhkəmə prosesi başa çatıb.
KONKRET.az "Unikal"a istinadən xəbər verir ki, 3 mart 2022-ci il tarixində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində Rasim Məmmədov (soyadlar şərtidir) tanışı Taleh Əliyevi bıçaqlayıb. O məhkəmədə verdiyi ifadəsində hadisəni törətməsinin səbəbini açıqlayıb:
"Talehi hadisədən 4-5 ay əvvəl tanımışam. Məndən 15 manat borc pul istədi. Mən isə ona sabah qaytarması şərti ilə pulu vedim. Ertəsi gün Taleh zənglərimə cavab vermədi və 15 manatı qaytarmadı. Buna görə onunla aramda mübahisə oldu. Taleh mənə söyüş söydü. Mən isə onu bıçaqla vurdum. Törətdiyim əməldən peşmanam", – deyə R.Məmmədov bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə təqsirli bilinən R.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Kriptovalyuta nədir?
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın ən zəngin idmançıları
Layihə menecmenti nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv