17 şirkət və sahibkarın İrandan Azərbaycana gətirdiyi 1400 ton təhlükəli portağallar məhv edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Marja-ya verilən məlumata görə, tədbirlər çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu ("citrus tristeza virus") aşkarlanıb. Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə Agentliyə məlumat verilməsi bildirilib.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.
2023-cü ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir:
1. "Amotrade" MMC
2. "Fruit Logistik" MMC
3. "Senergy Az" MMC
4. "South Potato" MMC
5. "Əkinçi-10 2021" MMC
6. "Əli 1" MMC
7. "Limon Comp" MMC
8. "Albalı A Fruit" MMC
9. "Dry Fruits" MMC
10. "Ballı Store N" MMC
11. F/Ş Sadıqov İqbal Sayad oğlu
12. "Narnumru" MMC
13. "is" MMC
14. "Best Supply Company" MMC
15. F/Ş Hüseynov Şahverən Hüseynqulu oğlu
16. "Bilal Fruit" MMC
17. "Frut-ZV" MMC
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Proqramçılar üçün TOP-5 Freelance sayt
SMM nə deməkdir?