2024-ün önəmli texnoloji trendləri nələr olacaq?

2024-ün önəmli texnoloji trendləri nələr olacaq?Texnologiya dünyasında 2023-cü il süni intellektin əsas istiqamətə çevrildiyi il kimi yadda qalacaq. Süni intellekt sistemləri mükəmməl olmasa da, tez bir zamanda müxtəlif məzmunlar istehsal etməyi bacardı.
Bəs, 2024-cü ildə hansı texnoloji yeniliklər, daha doğrusu trendlər gözlənilir?
Daha güclü süni intellekt modeli
"Microsoft"un dəstəklədiyi ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsi ilə bu sahədə bir çox yeni rəqiblər meydana çıxdı. Rəqabət mühitində isə ən mühüm inkişaflardan biri Google-un ana şirkəti Alphabet-in söhbət botu və axtarış sistemi də daxil olmaqla, onun müxtəlif məhsullarına inteqrasiya ediləcək Gemini adlı süni intellekt modelini təqdim etməsi olub. Lakin bununla belə, ChatGPT-nin istehsalçısı OpenAI proqramın daha güclü versiyasının 2024-cü ildə gələcəyini vəd edir.
Bu arada, investorlar növbəti böyük oyunçunu tapmaq ümidi ilə bu sahəyə külli miqdarda sərmayə yatırımını davam edirlər. Qeyd edək ki, 2022-ci ildə ümumi investisiya 5,1 milyard dollar olub.
Elektrik avtomobil şoku
"Schmidt" avtomobil araşdırma şirkətinin hesablamalarına görə, Böyük Britaniya Almaniyadan sonra ən çox elektrik avtomobil istehsal edən ikinci ölkə olacaq. Bu da ümumilikdə 2024-cü ildə elektrikli avtomobillərin istehsal yükünün xeyli artacağını deməyə əsas verir. Lakin gələn il istehsalçılar üçün çətin il olacağı gözlənilir. Çünki Almaniya və Norveç kimi istehsalçı ölkələr bazarda ənənəvi rəqabətini davam etdirməklə, digər şirkətlərin emal və satış gücünü zəiflədirlər.
Fabrikdə işləyə bilən insanabənzər robotlar
İnsanabənzər robotlar gələn il daha faydalı ola bilər. Tesla mühəndisləri ümid edirlər ki, onların Optimus adlı insanabənzər robotu yaxın gələcəkdə əsas fabrik işlərini görəcək.
İlon Mask hətta bu il Optimus adlı robotun 2024-cü ildə Tesla fabrikində işləmək qabiliyyətinə sahib olacağını açıqlayıb:
"Faydalı olduğunu sübut etmək üçün əvvəlcə öz zavodlarımızda sınaqdan keçirəcəyik. Bununla belə, məncə, gələn il fabriklərimizdə faydalı uğurlar əldə edəcəyik. Bunu yüksək inamla deyirəm".
Tesla-nın insanabənzər robotları ilə çoxlu rəqibləri də var. Bir çox şirkət hələ də gündəlik tapşırıqları öyrənən robotlar hazırlayırlar. Hətta Amazon öz anbarlarında insanabənzər robotları sınaqdan keçirir. "Digit" adlanan robot insan kimi hərəkət edə və obyektlərlə qarşılıqlı əlaqə qura bilir. Həmçinin, "Canada Sanctuary" şirkəti Phoenix adlı robotunu qablaşdırma kimi müəyyən vəzifələri yerinə yetirmək üçün öyrədir. 2024-cü ildə isə Phoenix-in görə biləcəyi işlərin sayını artırmaq planlaşdırılır.
Arıqlamaq yarışı
Əczaçılıq dünyasında arıqlamaq üçün hazırlanan dərmanlar o qədər sürətlə satılır ki, onun istehsalçısı tələbi ödəmə təklifini tamamlaya bilmir. Tələb təklifi ötür.
Lakin Wegovy adı ilə yenidən satışa çıxarılan arıqlama dərmanı (semaqlutid) böyük uğur qazanıb. Bununla da onun istehsalçısı Novo Nordisk Avropanın ən qiymətli şirkəti olmağı bacarıb.
Hazırkı formada Wegovy həftədə bir dəfə tətbiq edilir, lakin həb versiyası da hazır olmaq üzrədir. Novo Nordisk bunun nə vaxt mövcud olacağını söyləməsə də, proseslər gələn il üçün gözlənti doğurur. / banker.az

Xəbərlər     Tarix: 26 dekabr 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti bu gunun xeberleri biznes qurmaq