2025-ci ildə robotlar 85 milyondan çox iş yerini ələ keçirə bilər

2025-ci ildə robotlar 85 milyondan çox iş yerini ələ keçirə bilərDünya İqtisadi Forumunun məlumatına görə, 2025-ci ildə robotlar əvvəllər insanlar tərəfindən tutulmuş 85 milyondan çox işi ələ keçirə bilər.
Marja xəbər verir ki, 3 il əvvəl özünün insanabənzər (humanoid) robotları "Tesla Optimus"u elan edən İlon Maskın sözlərinə görə, 2040-cı ilə qədər robotlar insanlardan daha çox olacaq. Ər-Riyadda keçirilən illik Gələcək İnvestisiya Təşəbbüsü konfransı zamanı Mask 15 ildən sonra dünyada təxminən 10 milyard insanabənzər robotun istifadə olunacağını bildirib.
Eyni konfransda o, hər şeyi edə bilən robotun qiymətinin 20.000 ilə 25.000 dollar arasında olacağını söyləyib, bu da Tesla-nın robotunun qiyməti ilə təxminən eynidir ("Tesla Optimus"un 20.000-30.000 dollara başa gələcəyi gözlənilir).
Dünya əhalisi sürətlə qocalır. Bu baxımdan insanları maşınlar ilə əvəz etmək üçün bir yol tapmaq perspektivi o qədər də uzaq görünməyə bilər.
Humanoid robot bazarında liderlik uğrunda yarışda "Tesla"nın rəqibləri arasında "Figure AI", "Toyota Research Institute", "Boston Dynamics", "Mercedes-Benz" və "Apptronik" də var.
Robotların təqdim edilməsinə əmək bazarı böhranı da təkan verir: əhalinin qocalması əmək qabiliyyətli yaşda olan insanların azalmasına səbəb olur. Ümumi artıma baxmayaraq, Almaniyanın əmək qabiliyyətli əhalisinin 2045-ci ilə qədər 2% azalacağı proqnozlaşdırılır. Avropa və Asiyanın digər ölkələrində yaşlıların sayı artır, lakin doğum səviyyəsi azalır. Bu isə potensial olaraq əmək böhranı ilə nəticələnə bilər. "Financial Times" ekspertləri xəbərdarlıq edirlər ki, hətta immiqrant əmək və işləyən qadınların sayının artması belə bu defisiti tezliklə kompensasiya edə bilməyəcək. İqtisadiyyatın ehtiyac duyduğu sayda yeni gənc işçilər sadəcə olaraq doğulmayıb: 1960-cı illərdən bəri təhsil səviyyəsinin, xüsusən də qadınlar arasında sürətli artım, qidalanma və gigiyena şəraitinin yaxşılaşdırılması və doğuşa nəzarət üsullarının yayılması doğum nisbətinin kəskin azalmasına səbəb olub. Buna görə, texnologiya şirkətləri yaxınlaşan problemin həlli yolunu tapmaq ilə məşğuldurlar. / marja.az

Maraqlı     Tarix: 08 fevral 2025

Oxşar xəbərlər

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin online pul qazanmaq bank faizleri