33,3 milyard manatlıq büdcə ilə bağlı iclas keçirilib

33,3 milyard manatlıq büdcə ilə bağlı iclas keçirilibSentyabrın 22-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.
Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir ki, ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Diqqətə çatdırılıb ki, bütövlükdə, 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndakı hədəflər nəzərə alınmaqla hazırlanmışdır.
2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrıldığı bildirilib.
Həmçinin vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermiş, həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə alınmışdır.
Ölkəmizin uğurlu inkişafından söz açan Baş nazir bu müsbət tendensiyanın cari ilin 8 ayının nəticələrində özünü təsdiqlədiyini vurğulayıb. "Belə ki, 8 ayda iqtisadi artım 5,8%, o cümlədən qeyri-neft sektoru üzrə 10,3% artmış, qeyri-neft sənayesində 9% artım qeydə alınmışdır. Xarici ticarət dövriyyəmiz 35 mlrd. dollar təşkil etmişdir", - deyə Baş nazir bildirib.
Qeyd edilib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.
2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.
Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.
Bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaqdır.
"2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, təhsil sahəsində islahatların aparılmasının əsas hədəflərdən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi çağırışların, istehsal zəncirində qırılmaların, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsinin dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə ərzaq məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olduğu diqqətə çatdırılıb.
Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyətin əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırdığı bildirilib.
Diqqətə çatdırılıb ki, hazırda qlobal miqyasda da əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi də artırılacaqdır. O cümlədən Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulduğu qeyd edilib.
Eyni zamanda dövlət baçşısının tapşırıqlarına əsasən, kənd təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında məruzələrlə çıxış ediblər.
Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin "Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" layihələrində nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verilib.
33,3 milyard manatlıq büdcə ilə bağlı iclas keçirilib33,3 milyard manatlıq büdcə ilə bağlı iclas keçirilib33,3 milyard manatlıq büdcə ilə bağlı iclas keçirilib/ marja.az

Maliyyə     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur


iqtisadi xeberler biznes krediti kripto bitcoin bu gunun xeberleri