41 yaşlı kişi evdən qaçan həyat yoldaşını və 3 övladını axtarır - FOTOLAR

41 yaşlı kişi evdən qaçan həyat yoldaşını və 3 övladını axtarır - FOTOLARXəzər rayonu Binə südçülük sovxozu deyilən yaşayış massivinin sakini Tehran İmaməli oğlu Rüstəmovun ailəsi itkin düşüb.
KONKRET.az-a bu barədə T.Rüstəmov özü məlumat verib.
41 yaşlı ata deyir ki, bir aydan çoxdur həyat yoldaşı Turanə Taleh qızı Əsədovadan və üç övladımdan xəbər-ətər yoxdur.
41 yaşlı kişi evdən qaçan həyat yoldaşını və 3 övladını axtarır - FOTOLARBildirir ki, həyat yoldaşı Turanə əvvəllər də bir neçə dəfə uşaqları ilə birlikdə evi xəbərsiz tərk edib. Və bir müddətdən sonra tapılaraq geri qaytarılıb:
"İki ay öncə də evdən çıxıb getmişdi. Uşaqları da özü ilə aparmışdı. Həmin vaxt Xalidə adlı (ad şərtidir – red.) qonşunun uşağı əsgərliyə gedirdi, qapısında yığıncaq keçirilirdi. Axşam qadınla nə danışdılarsa, səhər tezdən evdən çıxıb getdi. Həyat yoldaşım, ümumiyyətlə, həmin qadının evinə tez-tez gedib-gəlirdi. Axşamlar daha çox ayaq açmışdı ora. Qonşular danışırdılar ki, Turanənin əlaqə qurduğu Xalidə evində əxlaqsızlıqla məşğul olur. O da gecələr bu məqsədlə onun evinə gedir. Hara getdiyini soruşanda isə məni min cür bəhanə ilə aldadırdı. Həm də təhdid edirdi ki, döyüb-söysən, səni polisə verəcəm".
Ata qadının övladlarını da ona qarşı çıxardığını bildirir: "Uşaqları da necə öyrədirdisə, onlar da mənə yalan danışırdılar".
T.Rüstəmov deyir ki, qadını iki il öncə də evdən qaçıbmış: "Onda da mənə dedilər ki, Ramana qəsəbəsində həmin qonşu qadının qayını ilə birlikdə yaşayır".
Qadının evdən bir neçə dəfə qaçması səbəbinə gəlincə, Tehran Rüstəmovun sözlərinə görə, ailədə ona qarşı heç bir zorakılıq və şiddət göstərilməyib: "Mən çöl adamıyam. Evlərdə usta işləri görürəm, səhər çıxıb axşam gəlirəm. Gələndə də evdə ona artıq-əskik bir söz demirəm.Təbiətcə çox mülayim, sakit insanam, söz-söhbətdən qaçıram".
Ata deyir ki, avqustun əvvəllərindən bəri üzünü görmədiyi övladları Fatimə, Zəhra və Əli üçün çox narahatdır. 13 və 14 yaşında olan yeniyetmə qızlarından həm də ona görə bərk nigarandır ki, qonşulardan böyük qızının cinsi istismara məruz qalması ilə bağlı xəbərlər də eşidib:
"Məsələ ilə bağlı 102 xidmətinə də məlumat vermişəm. Amma hələ bir nəticə yoxdur. Turanə bölməyə öz adından kağız yazıb qoyub ki, "yoldaşımı istəmirəm, sərbəst həyat yaşamaq istəyirəm. Uşaqlara da nəsə olsa, özüm cavabdehəm".
Eşitmişəm ki, bu dəfə də Xalidənin qaynı ilə qoşulub-qaçıb. Söz-söhbət gəzir ki, qızım da onun oğlu ilə yaxınlıq edib. Ona görə də çox narahatam, övladlarımın tez bir zamanda tapılmasını istəyirəm".
Qeyd edək ki, Tehran Rüstəmov 20 ilə yaxındır Turanə Əsədova ilə ailəlidir. Rəsmi nigahları olmasa da, cütlüyün bu izdivacdan 3 övladı var.
KONKRET.az olaraq biz də öz növbəmizdə ailə üzvlərinin tezliklə tapılmasını istəyir, ana ilə uşaqların şəkillərini dərc etməklə tanıyanlardan aşağıdakı əlaqə nömrəsinə zəng vurmalarını xahiş edirik: 0(70) 341-01-11

Xəbərlər     Tarix: 09 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler kicik biznes bitkoin qiymeti iqtisadiyyat xeberleri 1000 manatla biznes