6 nəfərdə qarayara xəstəliyinə xas simptomlar AŞKAR EDİLDİ
Sentyabrın 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb.
TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.
TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir.
Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
ZARA-nın uğur hekayəsi
Startup nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları