8 Martda gül dükanlarında - QİYMƏTLƏR NECƏ OLACAQ?

8 Martda gül dükanlarında - QİYMƏTLƏR NECƏ OLACAQ?8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Gül və hədiyyə satılan dükanların önündə hərzamankından fərqli olaraq canlanma müşahidə olunur. Ən çox tələbat isə hər zaman olduğu kimi, təbii güllərədir.
Dövlət qurumu 20 500 ədəd gül alır - TENDER ELANI
FED.az xəbər verir ki, gül satışı ilə məşğul olan Pərviz Adıgözəlov bildirib ki, 8 mart ərəfəsində müxtəlif növ güllərə tələbat artıb.
"Ən çox tələbat qızılgül və papatyalaradır. Satdığımız güllərin əksəriyyəti ölkəmizdə becərilir. Tələbat artanda Niderlanddan da gül gətirilir. Hazırda qırmızı qızılgülün qiyməti 5-6 manat arasında dəyişir. Digər güllərin qiyməti isə 5 manat təşkil edir. Ötən ilə nisbətən güllərin qiymətində 50 qəpiyə qədər qalxma hiss olunur. Buketlər də güllərin sayına və növünə görə dəyişir. Belə ki, ən ucuz buket 25-manatdan başlayır. Buketə dizayn vermək də qiymətə daxildir. Dibçək güllərinə də maraq az deyil. Dibçəkdə orxideya 30-35, kala gülü isə 35 manata satılır", - satıcı qeyd edib.
Bakının tanınmış gül salonlarında da ən çox satılan güllər arasında qızıl güllərin olduğunu bildirdilər. Qiymətlər 5-7 manat aralığında dəyişir. Ötən ilə nisbətən bahalaşma olmadığı söylənilir. Bahalaşma, əsasən, xaricdən gətirilən güllərin qiymətində müşahidə olunur. Bunun səbəbini isə güllərin xaricdən baha gəldiyi ilə əlaqələndirirlər. Ölkəmizdə becərilən güllərin isə qiymətinin bahalaşmadığı bildirilir. Qızılgülün qiyməti onun boyuna və rənginə görə dəyişir.
Qeyd edək ki, 8 mart Qadınlar Gününün mahiyyətinə və tarixinə gəlincə, bu bayram qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin başladığı tarixdən götürülür. Belə ki, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il qadın günü olaraq qeyd olunması qərarlaşdırılıb.
Daha sonra Birləşmiş Millətlər Təşkilatı 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. (Trend)

Biznes     Tarix: 06 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne