8 şirkətin "Yaşıl dəhliz"dən daimi istifadə hüququ dayandırılıb

8 şirkətin "Hüquqpozma faktlarının araşdırılması nəticəsində 2022-ci il ərzində idxal əməliyyatları üzrə 6, ixrac əməliyyatlar üzrə 2 xarici ticarət iştirakçısının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ dayandırılıb".
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib. 
Bağırov qeyd edib ki, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi məqsədilə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2022-ci il ərzində 100 xarici ticarət iştirakçısı müraciət edib. Hesabat ilində 17 xarici ticarət iştirakçısına idxal əməliyyatları, 18 xarici ticarət iştirakçısına ixrac üzrə, ümumilikdə 35 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Sərhəd-keçid məntəqələrinin yüklülüyünün azaldılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə Ticarətin Asanlaşdırılması mərkəzlərinin işinin genişləndirilməsi istiqamətində 2022-ci ilin ikinci yarımilliyində müvafiq tədbirlər həyata keçirilib.
Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti və yenidənqurma işləri yekunlaşdırılıb, ərazidə Ticarətin Asanlaşdırılması Mərkəzinin inşası üzrə işlər başa çatdırılıb. Mərkəz gömrük rəsmiləşdirilməsi və nəzarəti prosesini sadələşdirməklə yanaşı, öz ərazisində 500-dən çox nəqliyyat vasitəsi üçün parklanma, bank, sığorta və sürücülərin asudə vaxtını keçirmək üçün zəruri hesab edilən digər xidmətləri cəmləşdirir.
Gürcüstandan daxil olan nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması və hərəkətinin səmərəli şəkildə idarəolunması məqsədilə "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi qismən istifadəyə verilib və sərhəd-keçid məntəqələrində tətbiq olunan əməliyyatların bir hissəsinin həmin Mərkəzdə icrası təmin edilib.
29 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş"ə əsasən iki ölkə sərhədində inşa ediləcək "İpək Yolu - Abreşumis Qza" birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı 12 dekabr 2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qruplarının görüşü keçirilib.
Qeyd edək ki, "Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. / marja.az

Maliyyə     Tarix: 31 yanvar 2023

Oxşar xəbərlər

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri