ABB beynəlxalq "SIBOS-2023" sərgi-konfransında

ABB beynəlxalq ®Sentyabrın 18-dən Toronto şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). 
"SIBOS-2023" sərgi-konfransına Cənubi Qafqaz regionunun ən böyük maliyyə qurumlarından olan ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.
SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb.
"SIBOS–2023" çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən,   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr


iqtisadi xeberler telefonla pul qazanmaq biznes qurmaq bitcoin kripto