ABB yeni loyallıq proqramı – "Fayda Max"-ı təqdim etdi

ABB yeni loyallıq proqramı – ®ABB yeni loyallıq proqramı olan "Fayda Max"-ı təqdim edib. Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir.   
"Fayda Max" loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki "Sənə özəl" bölməsinə keçid edib "Fayda Max"ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. 
"Fayda Max"a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı "Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. 
ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə "Bürünc" mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə "Gümüş" mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə "Qızıl" mərhələyə yüksələ bilərlər. 
ABB-də aktiv nağd krediti olmayan müştərilər isə "Bürünc" mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, "Gümüş" mərhələyə çatmaq üçün 500 AZN, "Qızıl" mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. 
Mükafatlar bunlardır:
Ekstra "Faydalı keşbek" ("Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərinin hər birinə aiddir).
"Fayda Max"a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı ("Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərinin hər birinə aiddir).
– "Kartdan karta" 30 000 komissiyasız köçürmələr (yalnız "Qızıl" mərhələ)
– "2X ƏDV geri al" ("Qızıl" mərhələ)
"Fayda Max"a qoşulmuş hər bir müştəri tətbiqin "Sənə özəl" hissəsindəki "Fayda Max" bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir.
"Fayda Max" proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 01 mart 2024

Oxşar xəbərlər

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü


iqtisadi xeberler leobank kart telefonla pul qazanmaq dollar məzənnəsi bitkoin almaq