ABŞ "Əl-Qaidə" terror təşkilatının başçısını öldürdü – Bayden bunun "uğurlu" olduğunu deyir
"Əl-Qaidə" terror təşkilatının başçısı öldürülüb. Ağ Evin mətbuat bildirir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.
Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb. Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.
71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.
Bayden Ağ Evin eyvanında danışaraq "Kabildə keçirilən əməliyyat tam uğurlu oldu" deyib.
O, "Əl-Qaidə" terror təşkilatının lideri Ayman əz-Zəvahirini məhv etmək üçün Kabildə keçirilən əməliyyatı hərtərəfli uğurlu adlandırıb.
"Missiya uğurlu alındı. Onun ailə üzvlərindən heç biri xəsarət almayıb, mülki əhali arasında itki yoxdur. Mən əməliyyatın tam uğurla keçdiyini deyirəm", – deyə Bayden bildirib.
Onun sözlərinə görə. terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.
Co Bayden bildirib ki, ABŞ heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
Biznes nədir?
Az pulla hansı işi qurmaq olar?
Digital Card nədir?