ABŞ İlon Maska beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyi qadağan edib

ABŞ İlon Maska beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyi qadağan edibABŞ Qida və Dərman İdarəsi (FDA) İlon Maska məxsus neyrotexnologiya şirkəti "Neuralink"in insanlar üzərində klinik sınaqlara başlamasına icazə verməyib. Qeyd edək ki, startap 2016-cı ildən nevroloji və digər xəstəliklərin müalicəsi üçün implantasiya edilə bilən çiplər hazırlayır.
Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir.
Tənzimləyicinin sözlərinə görə, klinik sınaqlara başlamazdan əvvəl "Neuralink" bir sıra problemləri həll etməlidir. İlk növbədə, təhlükəsizliklə bağlı problemləri. FDA-nın ən böyük narahatlığı çipin litium batareyasıdır. Bundan əlavə, implantın kiçik hissələrinin beynin digər sahələrinə köçməsi ehtimalı var, hansının ki toxumalara zərər vermədən çıxarıla biləcəyi sual altındadır.
"Neuralink"  FDA-nın müraciəti rədd etməsi ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. 2022-ci ilin noyabrında keçirilən təqdimat zamanı Mask şirkətin tənzimləyiciyə müraciət etdiyini açıqlayıb. Daha sonra "Neuralink" nümayəndələri tənzimləyicinin çiplərin təhlükəsizliyi ilə bağlı suallarının olduğunu etiraf ediblər.
Mask "Neuralink" cihazının iflic olan xəstələrin hərəkətliliyini bərpa edə biləcəyinə söz verib. Bununla belə, fevral ayında startapın həmtəsisçi Dongjin Seo bildirib ki, indi əsas qısamüddətli məqsəd iflic olan insanlara kompüterləşdirilmiş mətni yazmadan istifadə edərək ünsiyyət qurmağa imkan verəcək funksiya yaratmaqdır.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Mask öz startapının ilk məhsulunu, ciddi görmə qüsuru olan insanlar üçün nəzərdə tutulmuş cihazı təqdim edib. Milyarderin fikrincə, gələcəkdə çiplər piylənmə, autizm, depressiya və ya şizofreniya kimi xəstəlikləri müalicə edə biləcək.

Xəbərlər     Tarix: 03 mart 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler en son xeberler 1000 manatla biznes biznes xeberleri rubl mezenne