ABŞ neft nəhəngləri hasilatı artıracaq
ABŞ-nin iri neft şirkətləri – "Exxon" və "Chevron" 2024-cü ildə Perm hövzəsində hasilatı aktiv şəkildə artırmağı planlaşdırır ki, bu da 2023-cü ildə olduğu kimi, ölkədə hasilatın artımı ilə bağlı proqnozları üstələyə bilər.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Mənbələrin məlumatına görə, "Chevron" 2023-cü illə müqayisədə hasilatı 10% artırmaq və 2025-ci ilə qədər Perm hövzəsində gündəlik 1 milyon barelə çatdırmaq niyyətindədir. Bu, regionun digər müstəqil neft istehsalçılarının artım tempindən iki dəfə çoxdur.
"Exxon" isə hasilatı 7% artırmağı planlaşdırır. "Pioneer Natural Resources"un 60 milyard dollara satın alınmasından sonra "Exxon"un ümumi hasilatının iki dəfədən çox artacağı gözlənilir. Hazırda şirkət Perm hövzəsində, "Pioneer" hesaba alınmamaqla, gündəlik 650 min barel neft hasil edir.
2023-cü ildə ABŞ-də hasilatın artımı ekspert proqnozlarını üstələyib ki, bu da qiymətlərə təzyiq göstərib və OPEC+ daxilində ziddiyyətləri artırıb. "Exxon" və "Chevron"un planları oxşar vəziyyətin bu il də təkrarlana biləcəyi anlamına gələ bilər. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bill Qeyts kimdir?
Cash Back nədir?