ABŞ qanunvericiləri Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı TƏKLİF ETDİ
ABŞ konqresmenləri "OPEC+"un neft hasilatını azaltmaq qərarına cavab olaraq Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı təklif ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ro Hanna və senator Riçard Blumental "Politico"da dərc olunmuş məqalələrində yazıblar:
"Milli təhlükəsizliyi gücləndirmək üçün daha asan və sürətli addım ABŞ-ın Səudiyyə Ərəbistanına bütün hərbi təchizatını dayandırmaq olardı".
Onlar qeyd ediblər ki, çərşənbə axşamı Senat və Nümayəndələr Palatasına müvafiq qanun layihəsi təqdim etmək niyyətindədirlər.
Onların fikrincə, bu qərar ABŞ silahlarından asılı olan Ər-Riyad üçün ciddi problem olacaq.
Qeyd edək ki, ötən həftə "OPEC+" neft hasilatının kvotasını gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib.
ABŞ Prezidenti Co Bayden "OPEC+"un hasilatı azaltmaq barədə qərarından məyus olduğunu bildirib.
İqbal Rzayev
KONKRET.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml