ABŞ səfiri Çin XİN-ə dəvət olundu: "Tayvan kartı ilə oynamağı dayandırın"
Çinin xarici işlər nazirinin müavini Xie Fen dünən axşam ABŞ-ın Çindəki səfiri Burnsu təcili olaraq nazirliyə çağıraraq, səfərin "bir Çin" prinsipini və ABŞ-Çin münasibətlərinin əsasını təşkil edən Birgə Bəyannamədəki öhdəlikləri pozduğunu bildirib.
Banker.az xəbər verir ki, bu barədə Çinin Xinhua xəbər agentliyinin məlumatınd deyilir.
Səfərin Çin-ABŞ əlaqələrinin siyasi quruluşuna böyük zərbə vurduğunu, Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdiyini, Tayvan boğazında sülh və sabitlik zəminini aşındırdığını, Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış mesaj verdiyini ifadə edən Xie deyib: "Bu davranış son dərəcə təhlükəlidir. Bu, pis niyyətlidir və nəticələri çox ciddi olacaq. ABŞ hökuməti buna görə məsuliyyət daşımalıdır".
ABŞ hökumətinin Pelosinin düşünülmüş hərəkətini məhdudlaşdırmaq əvəzinə buna göz yumduğunu qeyd edən Çin rəsmisi Vaşinqtondan səhvi ilə üzləşməyi və səfərin mənfi nəticələrinin qarşısını almaq üçün əməli tədbirlər görməsini tələb edib.
ABŞ-ı "Tayvan kartı ilə oynamağı", Tayvanı Çini mühasirəyə almaq üçün istifadə etməyi və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağıran Xie, "Tayvan Çinin Tayvanıdır və sonda ana vətənin qucağına qayıdacaq. Çin xalqı ruhlardan, təzyiqdən və pisliklərdən qorxmur" – deyə, əlavə edib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dropshipping nədir?
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?