ABŞ Tayvanın şərqinə 4 hərbi gəmi yerləşdirib
ABŞ Tayvanın şərqinə biri təyyarədaşıyan olmaqla 4 hərbi gəmi yerləşdirib.
Bu barədə "Reuters"ə ABŞ hərbi dəniz donanmasının anonim rəsmisi bildirib. Qeyd olunub ki, ABŞ hərbi dəniz donanması Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya mümkün səfəri öncəsi atılan bu addımı sıradan yerləşdirmə kimi izah edib.
Məlumata görə, Ronald Reyqan təyyarədaşıyan gəmisi Cənubi Çin dənizinə göndərilib və hazırda Tayvanın şərqində, Filippin dənizindədir. Gəminin idarəolunan raketlər daşıyan "USS Antietam" və "USS Higgins" gəmiləri ilə birgə fəaliyyət göstərdiyi bildirilib.
Anonim rəsmi gəmilərin dəqiq lokasiyalarını açıqlamayıb. Lakin "USS Tripoli" amfibiya hücumu gəmisinin də həmin bölgədə olduğunu bildirib.
Qeyd edək ki, Nensi Pelosinin Taybeyə ABŞ-Çin gərginliyi fonunda bu gün səfər etməsi gözlənilir.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind