ABŞ və Hindistan Rusiya neftinin qiyməti ilə bağlı MÜZAKİRƏ APARDI
ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Hindistan rəsmiləri ilə Rusiyadan neft qiymətlərinin məhdudlaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün Nyu-Dehliyə gedib.
KONKRET.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl o, Mumbaya səfər edib və burada Hindistan rəsmiləri ilə görüşüb.
Adeyemo səfər zamanı G7 ölkələrinin Rusiya xammalını almaqdan imtina etməsi səbəbindən neft qiymətlərinin mümkün artımından narahatlığını bildirib.
Bildirilib ki, indi Rusiya nefti böyük endirimlə satılır – 30 dollardan 40 dollara qədər. ABŞ maksimum qiyməti 40-60 dollar/barel diapazonunda təyin etməyi təklif edib.
Qeyd edək ki, ABŞ iyun ayından etibarən Rusiya neftinin qiymətinin müəyyən edilməsi üçün Hindistanla danışıqlar aparır. Danışıqlar çərçivəsində ABŞ administrasiyası Hindistan hakimiyyətini Rusiya neftinin alışını artırmamağa çağırıb.
Agentliyin məlumatına görə, iyun ayında Rusiyadan Hindistana neft tədarükünün həcmi rekord həddə çatıb – gündəlik 950 min barel. Bu, Hindistanın ümumi idxalının beşdə birini təşkil edir.
İqbal Rzayev,
KONKRET.az
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət