AccessBank EBRD-nin dəstəyi ilə üçüncü dəfə Access2Success layihəsinə start verir

AccessBank EBRD-nin dəstəyi ilə üçüncü dəfə Access2Success layihəsinə start verir®AccessBank, Azərbaycanda qadın sahibkarlığına dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verdiyini elan edir. Layihə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçiriləcək. Bu unikal layihə, iştirakçılara bizneslərini uğurla inkişaf etdirmək üçün lazım olan resursları, bilikləri və dəstəyi təqdim edir.
Access2Success layihəsinin məqsədi – biznes ideyalarını həyata keçirmək və bazardakı mövqelərini gücləndirmək istəyən qadınlar üçün əlverişli mühitin yaradılmasıdır. Layihə çərçivəsində iştirakçılar, təhsil proqramlarına, ekspertlərlə məsləhətləşmələrə və şəbəkələşmə imkanlarına çıxış əldə edəcəklər. Layihə, maliyyə idarəçiliyi, marketinq, strateji planlaşdırma və digər mövzuları əhatə  edən təlimlər və mentorluq proqramlarını əhatə edir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Access2Success layihəsinə iştirak üçün müraciətlər bu gündən qəbul olunur və iqtisadiyyatın istənilən sektorundan qadın sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edilir.
Layihə və iştirak şərtləri ilə bağlı əlavə məlumat üçün linkə keçid edin: Access2Success
İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdi. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən, 50 qadın qatılmışdı. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə, eko məhsullar, dekor, geyim və aksessuar kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 01 noyabr 2024

Oxşar xəbərlər

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı


iqtisadi xeberler kripto valyuta xeberleri biznes qurmaq emlak xeberleri