AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib

AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən mln kredit cəlb edib®Sizin yerli Avropa bankınız AccessBank, öz investoru – nüfuzlu beynəlxalq maliyyə institutu olan responsAbility Investment AG ilə Kredit Müqaviləsinin imzalandığını elan edir. 
Razılaşmaya əsasən responsAbility Investment AG tərəfindən idarə olunan iki maliyyə fondu ilə 3 il müddətinə – 3 milyon ABŞ dolları və 2 milyon ABŞ dolları dəyərində iki Kredit Müqaviləsi təsdiqlənib.  Cəlb edilən vəsaitlər Azərbaycanda sahibkarlığın təşviqi və inkişafına yönəlmiş təşəbbüslərə, o cümlədən Bankın əsas prioritet istiqamətlərindən olan mikrokreditlərin maliyyələşdirilməsinə yönəldiləcək.

"İnvestorumuz olan responsAbility Investment AG-dən aldığımız bu maliyyə dəstəyini çox yüksək qiymətləndiririk. Bu razılaşma yalnız biznes əməliyyatı deyil, həm də qarşılıqlı etimad və bankımızın  Azərbaycanda sahibkarların imkanlarının genişləndirilməsi siyasətinə sadiqliyimizin bariz nümunəsidir. Cəlb edilən vəsaitlər hesabına biz regionda iqtisadi artım və inkişafı təşviq etmək üçün təşəbbüslərimizi daha da gücləndirəcəyik. Hər bir kredit yeni üfüqlərə çatmaq üçün bir fürsətdir və biz bu səyahətin bir hissəsi olmaqdan qürur duyuruq. Məqsədimiz müştərilərimiz üçün maliyyə sabitliyi və inkişaf yolunda etibarlı tərəfdaş olmaqdır", – bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
responsAbility Investment AG dünyada aktivlərin idarə edilməsi və inkişafa yatırımlar edən aparıcı şirkətlərindən biridir. Şirkət inkişaf etməkdə olan iqtisadiyyatlarda müxtəlif investisiya mexanizmlərinin idarə edilməsin həyata keçirir. 
AccessBank-la imzalanan Kredit Müqaviləsi şirkətin bankın siyasətinə və potensialına etibarını əks etdirir. 
responsAbility Investment AG 70 ölkədə 250-dən çox şirkətə sərmayə qoymuş 4,5 milyard ABŞ dollarından çox aktivə malikdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 03 may 2024

Oxşar xəbərlər

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini


iqtisadi xeberler biznes krediti dollar manat kursu valyuta xeberleri dollar kursu