ADRA-da ticarət şəbəkələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR

ADRA-da ticarət şəbəkələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLARAzərbaycan Dövlət Reklam Agentliyində İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun rəhbərliyi və Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən iri ticarət şəbəkələrini birləşdirən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədri Araz İmanov və birliyin üzvləri ilə görüş keçirilib.
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüş çərçivəsində ölkədə açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçirilən islahatlar, şəffaflığın artırılması istiqamətində görülən tədbirlər, o cümlədən "360 dərəcədə təsbit" texnologiyası ilə açıq məkandakı reklamların ölçülərinin, növünün və zonasının avtomatik sistemə ötürülməsi və açıq məkandakı reklamların müasir tələblərə uyğun təşkili məsələləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, paytaxt və regionlardakı açıq məkandakı reklamların estetik vizual mühitinin formalaşdırılması, ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə icra olunan layihələr diqqətə çatdırılıb.
Bildirilib ki, açıq məkandakı reklamların yerləşdirilməsi sahəsində innovativ yanaşmaların tətbiqi, müasir reklam daşıyıcılarının quraşdırılması və vahid standartların formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi reklam fəaliyyətinin səmərəliliyinin artırılması ilə yanaşı, sahibkarlıq subyektləri üçün daha əlverişli mühitin təmin olunmasıdır.
Görüş zamanı ictimai birlik üzvləri tərəfindən açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı mövcud çətinliklər, o cümlədən icazə prosedurları, texniki tələblər və praktiki tətbiq zamanı yaranan məsələlər diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət qurumları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə institusional dialoqun genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Gələcək əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi məqsədilə memorandumun imzalanmasının mümkünlüyü də diqqətə çatdırılıb. / fed.az

Biznes     Tarix: 02 aprel 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu