Afrikanın ən böyük neft emalı zavodu Nigeriyada fəaliyyətə başlayıb
Afrikanın ən böyük neft emalı zavodu Nigeriyada fəaliyyətə başlayıb.
Dəyəri 19 milyard dollar olan müəssisənin gündəlik hasilat gücü 650 min bareldir.
Afrikanın ən zəngin iş adamına – nigeriyalı sənayeçi Aliko Danqoteyə məxsus zavod Nigeriyanın iqtisadi mərkəzi olan Laqosun kənarında yerləşir.
Nigeriya Afrikanın ən böyük neft istehsalçılarından biridir, lakin öz ehtiyacları üçün neft məhsulları idxal edir. Dövlətə məxsus neft emalı zavodlarının əksəriyyəti zəif texniki xidmətə görə öz göstəricilərindən xeyli aşağı işləyir. Yeni neft emalı zavodunun ölkənin benzin, kerosin, dizel və aviasiya yanacağına olan tələbatını 100 faiz təmin edəcəyi gözlənilir. Bundan əlavə, həcmlərin bir hissəsi ixrac oluna bilər. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd