Agentlik şəhid Səbuhi Əhmədovla bağlı arayışa aydınlıq gətirdi
"Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd "Şəhid" və şəhidin ailəsinə "Şəhid ailəsi" statusunu müəyyən edən şablon arayış formasıdır".
Sosial Xidmətlər Agentliyindən KONKRET.az-a verilən xəbərə görə, arayışda şəhidin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.
"Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı; valideynləri; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunvericiliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.
Bu mövzunu kontekstdən çıxaran, səhv mövqedən tirajlayan, şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik", – məlumatda bildirilib.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
5 liderlik göstəricisi
Biznes planı necə yazmaq lazımdır?
İnvestisiyanın necə cəlb etmək olar?
Biznes plan necə yazılır?
Biznes qurmaq üçün nə lazımdır?