Aİ enerji böhranına 450 milyard avro XƏRCLƏDİ
Aİ-yə üzv ölkələr enerji böhranının nəticələrini aradan qaldırmaq üçün 2021-2022-ci illərdə əhalini və biznesi dəstəkləmək üçün 450 milyard avro ayırıb.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki Brueghel İnstitutunun araşdırmasında bildirilib.
Qeyd edilib ki, bu məbləğin 314 milyardı qiymət artımının qarşısının alınmasına, subsidiyaların verilməsinə və elektrik enerjisi istehsalına qoyulan rüsumların azaldılmasına yönəldilib.
Belə xərclərə görə birinci yerdə 100,2 milyard avro ilə Almaniya, ikinci yerdə 59,2 milyard avro ilə İtaliya, üçüncü yerdə isə 53,6 milyard avro ilə Fransa gəlir.
Xatırladaq ki, sentyabrın 14-də Avropa Komissiyası qiymətlərin kəskin artması fonunda enerji bazarlarına müdaxilə, o cümlədən elektrik enerjisi istehlakı sahəsində tədbirlər təklifi ilə çıxış edib.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən varlı 10 müğənnisi
SMM nə deməkdir?
İnstaqramda biznes qurmağın yolları
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən bahalı restoranları