Aİ qazın qiymətlərinə maksimum məhdudiyyəti növbəti ildə də davam etdirəcək

Aİ qazın qiymətlərinə maksimum məhdudiyyəti növbəti ildə də davam etdirəcəkDekabrın 19-da keçirilən Avropa İttifaqı (Aİ) ölkələri enerji nazirlərinin görüşündə enerji qiymətlərində mümkün şoklardan qorunmaq üçün qazın qiymətləri ilə bağlı fövqəladə məhdudiyyəti daha 12 ay uzatmaq barədə razılıq əldə olunub.
Aİ ilk dəfə 2022-ci ilin dekabrında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropaya qaz tədarükünün kəsilməsi ilə bağlı enerji böhranı yaradan yüksək qiymətlər fonunda belə qərar qəbul edib.
Görüşdə bildirilib ki, bu gün Avropanın enerji təhlükəsizliyinin vəziyyəti ötən qışla müqayisədə daha rahatdır – enerji qiymətləri xeyli aşağıdır, ölkələr qeyri-Rusiya qazının yeni mənbələrini təmin ediblər və qaz anbarları dolmaq üzrədir. Aİ-nin enerji komissarı Kadri Simson bildirib: "Qışın nisbətən yaxşı başlamasına baxmayaraq, geosiyasi vəziyyət çox kövrək olaraq qalır. Bu fövqəladə tədbirlər istehlakçılarımızı həddindən artıq yüksək enerji qiymətlərindən qorumağa kömək edir".
Əslində, qiymət həddi 2024-cü ilin fevralında başa çatmalı idi, amma bu razılaşmadan sonra həmin məhdudiyyət 2025-ci ilin yanvar ayının sonuna qədər qüvvədə olacaq.
Aİ ölkələri daha iki enerji böhranı tədbirinin 12 ay müddətinə uzadılması barədə razılığa gəliblər. Onlardan biri ölkələrə Rusiya qazını təmiz enerji ilə əvəz etməyə kömək etmək məqsədilə bərpa olunan enerji layihələri üçün daha sürətli icazələr təklif edir, digəri isə böhran zamanı ölkələr arasında qaz paylaşmasını təmin etmək üçün qaydalar müəyyənləşdirir.
Çexiyanın sənaye naziri Cozef Síkela bildirib ki, Aİ-nin keçənilki enerji böhranına reaksiyası, xüsusən tədarük mənbələrinin artırılması üzrə görülən tədbirlər Rusiyadan qaz asılılığını aradan qaldırıb.
Rusiyanın enerji nəhəngi "Qazprom" bu il Avropaya 27 milyard kubmetr qaz nəql edib ki, bu da 2018-ci ildə – tədarüklərin pik həddə olduğu vaxtda olan 180 milyard kubmetrdən dəfələrlə azdır.
Aİ-nin qazın qiymətinin yuxarı həddi planı heç vaxt işə düşməyib. Bu tədbir enerji qiymətinin hər meqavat-saat üçün 180 avrodan yuxarı olacağı təqdirdə reallaşa bilər. / banker.az

Xəbərlər     Tarix: 20 dekabr 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler kicik biznes valyuta kurslari bu gunun xeberleri 1000 manatla biznes