Aİ: "Rusiya nefti ilə qarışıq yüklər Avropaya buraxılmayacaq"
Avropa İttifaqı (Aİ) neft idxalçılarına müqavilələrdə tədarük etdikləri neftin tərkibində Rusiya neftinin olmadığını göstərməyi tövsiyə edib. Belə ki, başqa mənşəli neftlə qarışıq halda tədarük olunan Rusiya neftinə də embarqo tətbiq edilir və idxalçılar sanksiya tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyır.
Bu barədə Aİ-nin rəsmi jurnalında bildirilir.
"İdxalçılara alış-satış müqaviləsində ixraçatçının həmin neftin tərkibində Rusiya neftinin olmadığı barədə bənd əlavə etmək tövsiyə olunur. Əks halda onlar həqiqəti əks etdirməyən hər hansı bəyanatlara görə məsuliyyət daşıyır", – sənəddə deyilir.
Rusiya nefti ilə qarışdırma halına yol verməmək üçün kimyəvi təhlillər aparmaq və onun mənşəyini müəyyən etmək tövsiyə olunur.
Sənəddə deyilir ki, qarışıq məhsul Aİ-yə idxal edilirsə, idxalçı Rusiya və qeyri-Rusiya neftinin payını dəqiq müəyyən etməlidir. Bu halda yalnız qeyri-Rusiya neftinin payına uyğun neft boşaldılacaq. Yükün qalan hissəsinin Aİ ərazisinə buraxılmasına icazə verilməyəcək. Yükün tərkibindəki Rusiya neftinin payını müəyyən etmək mümkün olmazsa, partiya bütövlükdə Aİ ərazisinə buraxılmayacaq.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind