Aİ Rusiyadan idxal etdiyi qazın həcmini 40%-dən 7,5%-ə endirib
"Rusiya kömüründən tamamən azad olmağı bacardıq".
Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen Estoniyanın Baş naziri Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Rusiyadan idxal edilən neftin həcmi 10%-a endiriləcək.
"Rusiya-Ukrayna müharibəsi başlayanda Avropa İttifaqına (Aİ) ixrac olunan qazın həcmi 40% idi. Son 7 ay ərzində bu rəqəmi 7,5%-ə endirməyi bacardıq", – deyə Ursula Fon der Lyayen vurğulayıb.
Rusiyaya tətbiq olunan sanksiya paketlərindən danışan Layen Aİ-nin Rusiyaya qarşı tətbiq olunan 8-ci sanksiya paketinə xüsusilə toxunub: "Burada çox vacib məqam ondan ibarətdir ki, Avropa məhsullarını idxal edən üçüncü ölkələr bu məhsulu Rusiyaya ixrac edərsə bunu edən qurum, ya şəxs bizim tərəfimizdən sanksiya siyahısına salınacaq". / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İKEA şirkətinin tarixi
Az pulla hansı işi qurmaq olar?
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt